Dünya

Ukrayna Ali Radası hava hücumu təhlükəsinə görə noyabrın son iclasını ləğv edib

22 Noyabr, 2024
8

censor.net

Ukrayna Ali Radasının noyabrın 22-nə planlaşdırılan iclası baş tutmayacaq, çünki deputatlara Kiyevin hökumət binaları yerləşən məhəlləsinin atəşə tutulma ehtimalı ilə bağlı xəbərdarlıq edilib (https://www.pravda.com.ua/news/2024/11/21/7485728/). 

Deputat Aleksey Qonçarenko http://(https://t.me/oleksiihoncharenko/44425) Radanın noyabrın 22-də keçirilməli olan iclasının ləğv edildiyini təsdiqləyib və növbəti iclasın dekabr ayına planlaşdırıldığını bildirib.

Rusiya prezidenti Vladimir Putin rusiyalılara dünənki müraciətində deyib ki, orta və qısa mənzilli raketlərdən istifadə edilməsi ABŞ-ın və onun “peyklərinin” hərəkətlərindən asılı olacaq. O, ən yeni orta mənzilli ballistik raketlərdən birinin  artıq sınaqdan keçirildiyini – Dnepr şəhərinin nüvəsiz hipersəs avadanlığı ilə təchiz edilmiş eksperimental “Oreşnik ballistik raketi ilə vurulduğunu bildirib (https://smarturl.click/RAlzm). 

Dneprin meri zərbə nəticəsində Əlillərin Reabilitasiya Mərkəzinin zədələndiyini açıqlayıb (https://bit.ly/meduzamirror#/news/2024/11/21/rossiyskie-voyska-nanesli-raketnyy-udar-po-ukraine-v-dnepre-povrezhdeno-zdanie-tsentra-reabilitatsii -lyudey -s-invalidnostyu). Üç nəfər xəsarət alıb (https://www.pravda.com.ua/rus/news/2024/11/21/7485697/).


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Rusiyanın hipersəs raketindən istifadə etməsi “dəhşətli eskalasiyadır” – Almaniya kansleri

22 Noyabr 2024

CNN.com

Almaniya kansleri Olaf Şolz deyib ki, Rusiyanın Ukraynaya qarşı eksperimental hipersəs raketindən istifadə etməsi “dəhşətli eskalasiya” nümunəsidir və nəyin bahasına olursa-olsun, eskalasiyadan yayınmaq lazımdır (AFP). O, həmçinin qeyd edib ki, Almaniya müttəfiqlərilə müzakirələr aparmalı və "bu müharibənin Rusiya və NATO arasında müharibəyə çevrilməsinin qarşısını alacaq işlər görməlidir".
Dünya

Merkel Ukraynanın NATO-ya qəbul edilməsinə mane olmağa çalışıb

22 Noyabr 2024

Agenzia Nova

Angela Merkel Rusiyanın cavab addımlarından ehtiyat edərək Ukraynanın NATO-ya daxil olması prosesini qəsdən ləngidib – Almaniyanın keçmiş kanslerinin hələ dərc olunmamış memuarlarının “Die Zeit” nəşrində paylaşılan hissəsindən belə məlum olur. Keçmiş kanslerin “Azadlıq: memuarlar, 1954-2021” adlı kitabı gələn həftə dərc ediləcək. Angela Merkel 16 il Almaniyaya rəhbərlik edib. O, dünyanın ən güclü və nüfuzlu liderlərindən biri hesab olunurdu. Amma son vaxtlar Merkelin siyasi irsi ilə bağlı suallar yaranıb. Çoxları hesab edir ki, Avropanın hazırkı vəziyyətinə və xüsusən də Ukraynadakı müharibəyə Merkelin Rusiyaya ilə bağlı tərəddüdlü mövqeyi səbəb olub (BBC).   KİV-lərdə qeyd olunurdu ki, Merkelin xatirələri müasirlərinin və gələcək nəsillərin...

Seçilmiş Videolar

Toplum TV loqo