apa
Noyabrın 28-də Avropa Parlamenti Gürcüstandakı vəziyyətlə bağlı daha bir tənqidi qətnamə qəbul edib. Avropalı deputatlar oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin legitimliyini faktiki olaraq tanımayan sənədi təsdiqləyiblər (https://t.me/ekho_kavkaza/17123). Bununla da onlar seçkilərdə səslərin manipulyasiyası ilə bağlı iddiaların müstəqil və şəffaf araşdırılması çağırışını dəstəklədiklərini bildiriblər. 444 deputat qətnamənin lehinə, 72 nəfər əleyhinə səs verib, 82 deputat bitərəf qalıb.
“Seçkilərdə kütləvi saxtakarlıqlarla bağlı məlumatlar seçki prosesinin bütövlüyünə, nəticələrin legitimliyinə, hər hansı yeni hökumətin etibarına xələl gətirir və gürcü xalqının iradəsinin etibarlı şəkildə ifadəsini təmin etmir” - sənəddə belə deyilir.
Avropa Parlamenti Gürcüstanda parlament seçkilərinin beynəlxalq nəzarət altında yenidən keçirilməsini tələb edir.
Qurum qeyd edir ki, Avropa İttifaqı üzvlüyünə namizəd olan Gürcüstan “beynəlxalq standartlara və ATƏT üzvü olaraq azad, ədalətli seçkilərlə bağlı öhdəliklərinə uyğun gəlməyən” seçkilər keçirib. Səsvermə zamanı qeydə alınan pozuntular “Aİ-yə namizəd ölkədən gözlənilən standartlara uyğun deyil”.
Avropa Parlamenti Aİ-ni Gürcü Arzusu Partiyasının fəxri sədri Bidzina İvanişviliyə, Baş nazir İrakli Kobaxidzeyə, parlamentin spikeri Şalva Papuaşviliyə, partiyanın sədri İrakli Qaribaşviliyə və partiyanın baş katibi Kaxa Kaladzeyə qarşı sanksiyalar tətbiq etməyə çağırır. Avropa Parlamenti hesab edir ki, bu şəxslər antidemokratik hərəkətlərə görə məsuliyyət daşıyırlar.
Qətnamədə Avropa Komissiyasına və Avropa Şurasına müraciət olunur ki, Gürcüstanda demokratik idarəçilik və azadlıqlarla bağlı Aİ standartlarına əməl edilmədiyi təqdirdə Gürcüstan vətəndaşları üçün vizasız rejimə yenidən baxılsın.
Mahiyyətcə siyasi bəyanat olan bu sənəd məsləhət xarakteri daşıyır, icrası məcburi deyil. Bununla belə, analitiklər hesab edirlər ki, qətnamə qəbul edilən qərarlara təsir edir, Avropa hökumətləri onun müddəalarını nəzərə alırlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Rusiyanın Qərb raketlərilə vurulmasına yenidən “Oreşnik”lə cavab verə bilərik – Putin
BBC
PBC
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
Kiçik biznes üçün ləğv edilmiş güzəşt bərpa olunur, amma məhdud şərtlərlə
Ukraynaya nüvə hücumu sınaqdan keçirildi: Putini dayandıran olacaqmı?