Dünya

Rusiyanın Qərb raketlərilə vurulmasına yenidən “Oreşnik”lə cavab verə bilərik – Putin

28 Noyabr, 2024
5

BBC

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 28-də Qazaxıstanda keçirilən sammitində deyib ki, Ukraynaya kütləvi hava hücumu Rusiya ərazisinin yenidən Amerikanın uzaqmənzilli ATACMS raketlərilə  vurulmasına cavabdır (https://t.me/bbcrussian/73458). 

“Toplam 100 sistemdən istifadə edilib, 100 müxtəlif tipli raketlə və 466 dronla zərbələr endirilib” deyən Rusiya prezidenti bunların son iki günün rəqəmləri olduğunu qeyd edib.

Putin Rusiyanın “Oreşnik” adlı yeni raketinin dünyada analoqu olmadığı barədə daha əvvəl dediklərini təkrarlayıb, bu tip raketlərin“Kiyevdəki qərar qəbuletmə mərkəzlərini” hədəf ala biləcəyini vurğulayıb:

“Hazırda Müdafiə Nazirliyi və Rusiya Ordusunun Baş Qərargahı  hücum üçün Ukrayna ərazisindəki hədəfləri seçirlər. Bunlar Kiyevdəki hərbi obyektlər, müdafiə sənayesi müəssisələri və ya qərar qəbuletmə mərkəzləri ola bilər” (“İnterfaks”).

“Uzaqmənzilli Qərb raketlərilə Rusiya ərazisinə davamlı hücumlara biz, əlbəttə ki, cavab verəcəyik. Mümkündür ki, noyabrın 21-də olduğu kimi, “Oreşnik”i döyüş şəraitində sınaqdan keçirməklə” deyə, Putin əlavə edib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Gürcüstanda parlament seçkiləri yenidən keçirilməlidir - Avropa Parlamenti  

28 Noyabr 2024

apa

Noyabrın 28-də Avropa Parlamenti Gürcüstandakı vəziyyətlə bağlı daha bir tənqidi qətnamə qəbul edib. Avropalı deputatlar oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin legitimliyini faktiki olaraq tanımayan sənədi təsdiqləyiblər (https://t.me/ekho_kavkaza/17123). Bununla da onlar seçkilərdə səslərin manipulyasiyası ilə bağlı iddiaların müstəqil və şəffaf araşdırılması çağırışını dəstəklədiklərini bildiriblər. 444 deputat qətnamənin lehinə, 72 nəfər əleyhinə səs verib, 82 deputat bitərəf qalıb. “Seçkilərdə kütləvi saxtakarlıqlarla bağlı məlumatlar seçki prosesinin bütövlüyünə, nəticələrin legitimliyinə, hər hansı yeni hökumətin etibarına xələl gətirir və gürcü xalqının iradəsinin etibarlı şəkildə ifadəsini təmin etmir” - sənəddə belə deyilir. Avropa Parlamenti Gürcüstanda parlament seçkilərinin beynəlxalq nəzarət altında yenidən keçirilməsini tələb edir. Qurum qeyd...
Dünya

Rusiya ordusu Ukraynanın enerji infrastrukturunu vurmağa davam edir

28 Noyabr 2024

PBC

Rusiya ordusu Ukraynanın enerji infrastrukturlarını  raket və dronlarla vurmağa davam edir. Bütün ölkə boyu elektrik enerjisi müvəqqəti olaraq kəsilib. Bu barədə Ukraynanın energetika naziri German Qaluşenko məlumat verib (https://t.me/radiosvoboda/72447). Xüsusilə Kiyev, Sumı, Xarkov, Volın və Kirovoqrad vilayətlərindəki obyektlər hədəf alınıb. “Suspilne”nin xəbərinə görə, Rovne və Lutskda partlayışlar baş verib. RBC-Ukrayna isə Odessa və Kropivnitskidə partlayış səsləri eşidildiyini yazıb. Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin məlumatına görə, noyabrın 28-nə keçən gecə və bu səhər Rusiya qoşunları Ukrayna ərazisinə toplam 188 raket və dron  buraxıblar (https://t.me/kpszsu/23855). Açıqlamada silahlar belə təsnifatlandırılıb: - 3 ədəd S-300 zenit raketi; - 57 ədəd Kh-101 qanadlı raketləri; -...

Seçilmiş Videolar

Toplum TV loqo