Dünya

Tramp BBC-ni məhkəməyə verib, 5 milyard dollar tələb edir 

16 Dekabr, 2025
94

Foto: Getty Images

ABŞ prezidenti Donald Tramp BBC telekanalını məhkəməyə verib. 

BBC-nin məlumatına görə, Tramp böhtan iddiası ilə şirkətdən 5 milyard dollar məbləğində təzminat tələb edir. 

Buna səbəb BBC-nin ötən il yayımlanan sənədli filmdə prezidentin çıxışını təhrif etməsidir. BBC daha öncə açıqlamasında bildirib ki, sözügedən filmdə Trampın 2021-ci il yanvarın 6-dakı çıxışına montaj edilib və onun tərəfdarlarını Kapitoli binasında "birbaşa zorakı hərəkətə təşviq etdiyi kimi yanlış bir təəssürat yaradıb”.

Telekanal buna görə Trampdan üzr istəyib və filmin yenidən efirə verilməyəcəyini qeyd edib, lakin təzminat ödəməkdən imtina edib.  

Trampın vəkilləri isə daha öncə BBC-dən həmin materiala görə üzr istəməkdən əlavə ona təzminat ödəməyi tələb edib.

Ötən ilin noyabrında yayımlanan sənədli film yalnız bu yaxınlarda BBC prodüserlərini tənqid edən daxili yazışmaların sızmasından sonra yenidən gündəmə gəlib.

Hadisədən sonra BBC-nin baş direktoru Tim Deyvi və xəbər şöbəsinin rəhbəri Deborah Törness qalmaqal fonunda istefa veriblər.

Tramp bu istefaları “Truth Social” platformasında alqışlayaraq onları “korrupsioner” və “nadürüst insanlar” adlandırıb.

BBC-nin sədri Samir Şah isə noyabrın 10-da sözügedən kadrın “aldadıcı” olduğunu etiraf edib və “səhv qərar” üçün üzr istəyib, lakin qurumun sistemli şəkildə qərəzli olması ilə bağlı iddiaları rədd edib.

Sənədli filmdə Trampın “Tam gücümüzlə mübarizə aparacağıq” cümləsini “Kapitoliyə gedəcəyik” ifadəsindən dərhal sonra söylədiyi göstərilir.

Əslində isə Tramp Kapitoliyə getmək barədə bəyanatından sonra “cəsur senatorlarımızı və konqresmenlərimizi dəstəkləyəcəklərini” deyib, “mübarizə aparmaq” ifadəsini isə təxminən bir saat sonra işlədib.

Trampın bu məhkəmə iddiası onu tənqid edən media qurumlarını cəzalandırmaq cəhdlərinin növbətisidir.

O, ikinci prezidentliyi dövründə indiyə qədər “The New York Times”, “The Wall Street Journal” və “ABC News”-a qarşı böhtan iddiaları qaldırıb, həmçinin NPR və PBS-ə dövlət maliyyəsini azaldıb, “Associated Press” müxbirlərinin Ağ Evə akkreditasiyasını ləğv edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır

17 İyul 2026

Centcom

ABŞ və İran arasında davam edən qarşıdurma fonunda tərəflər qarşılıqlı zərbələri davam etdirir. Son hücumlarda İranın cənubundakı hərbi obyektlərlə yanaşı, Körfəz regionunda yerləşən strateji infrastrukturun da hədəfə alındığı bildirilir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 16-da İran ərazisində növbəti hava zərbələri endirdiyini açıqlayıb. Məlumata görə, hücumlar İranın cənubundakı hərbi obyektlərə, hava hücumundan müdafiə sistemlərinə, radar qurğularına və logistika infrastrukturuna yönəlib. Tehran isə cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib. İran rəsmiləri Suriyadakı ABŞ mövqelərinin də hədəfə alındığını bildiriblər. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə Bəhreyn, Küveyt və Oman istiqamətində raket hücumları həyata keçirdiyini iddia edib. Küveytin...
Dünya

Vens: “İsraildə bizi İranla danışıqlardan çəkindirmək istəyənlər var”

16 İyul 2026

Government Press Office

ABŞ vitse-prezidenti Ceyms Vens növbəti dəfə İsraili ölkəsi ilə İran arasında danışıqlara müdaxilə etməkdə ittiham edib.  O, iyulun 15-də yayımlanan müsahibədə podkastçı Co Roqana deyib ki, İsraildə bəzi hökumət üzvləri ABŞ-İran danışıqlarına təsir etməyə çalışır.  “Şübhəsiz ki, İsrail hökuməti daxilində İrana qarşı hərbi kampaniyanı davam etdirmək istədikləri üçün bizi danışıqlar siyasətindən uzaqlaşdırmağa çalışan insanlar var. Həmçinin, şübhəsiz ki, onların sistemində bəzi insanlar var ki, müharibəni qeyri-müəyyən müddətə davam etdirmək üçün Amerika ictimai rəyini manipulyasiya edir və dəyişdirməyə çalışırlar. Yenə də, heç bir məqsədə doğru deyil, sadəcə qeyri-müəyyən müddətə”, - o qeyd edib.  Vens daha öncə də İsrail hökumətini İranla anlaşmaya...

Seçilmiş Videolar

Toplum TV loqo