Dünya

Tramp Hindistanın rus nefti almamağa razılaşdığını deyir, Hindistan inkar edir 

17 Oktyabr, 2025
106

Foto: The Washington Post

Hindistan ABŞ prezidenti Donald Trampın bu ölkənin Rusiyadan neft idxalını dayandırmağa razı olduğu barədə iddiasını təkzib edib. 

Bu isə iki ölkə arasındakı gərginliyə səbəb olan məsələnin yaxın zamanda həll olunmayacağını göstərir.

Tramp oktyabrın 15-də bildirib ki, Hindistanın baş naziri Narendra Modi onu “bu gün Hindistanın daha Rusiyadan neft almayacağı barədə əmin edib". Tramp bunu “böyük addım” adlandırıb.

Lakin oktyabrın 16-da Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval jurnalistlərə bildirib ki, Tramp və Modi arasında belə bir söhbətdən, eləcə də Hindistanın Rusiyadan neft alımını dayandıracağına dair "hər hansı bir təminat verməsindən xəbəri yoxdur”.

Həmin günün əvvəlində Hindistan Xarici İşlər Nazirliyi Rusiyanın adını çəkmədən bəyan edib ki, ölkə “neft və qazın mühüm idxalçısı" olmağa davam edir. 

Bəyanatda deyilir: “Enerji qiymətlərinin sabitliyini və təchizatın təhlükəsizliyini təmin etmək enerji siyasətimizin iki əsas məqsədidir. Buna, həmçinin, enerji mənbələrimizin genişləndirilməsi və bazar şəraitinə uyğun olaraq şaxələndirilməsi daxildir.”

Hindistan uzun illərdir Kremllə yaxın münasibətlər saxlayır və bu ilin sonlarında Rusiya prezidenti Vladimir Putini qəbul etməyə hazırlaşır.

2022-ci ildə Moskvanın Ukraynanı işğalından sonra Hindistan Rusiya neftinin ən böyük alıcılarından birinə çevrilib.

Müharibə Rusiyanın neft sənayesinə qarşı geniş sanksiyalara səbəb olub və qiymətlərin kəskin enməsinə gətirib çıxarıb.

Bir neçə aydır ki, Hindistan Trampın Rusiyadan neft alışını dayandırmaq çağırışlarına qarşı çıxır və bildirir ki, 1,4 milyarddan çox əhalisi olan ölkə sürətlə böyüyən iqtisadiyyatının enerji ehtiyaclarından güzəştə getməyəcək.

Avqust ayında Tramp Hindistanın Rusiyadan neft və qaz idxal etməsinə görə cəza kimi Hindistan məhsullarına əlavə 25 faiz tarif tətbiq etdiyini elan edib. Bu qərar daha əvvəl elan olunmuş 25 faizlik tarif dərəcəsinə əlavə olaraq qəbul edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır

17 İyul 2026

Centcom

ABŞ və İran arasında davam edən qarşıdurma fonunda tərəflər qarşılıqlı zərbələri davam etdirir. Son hücumlarda İranın cənubundakı hərbi obyektlərlə yanaşı, Körfəz regionunda yerləşən strateji infrastrukturun da hədəfə alındığı bildirilir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 16-da İran ərazisində növbəti hava zərbələri endirdiyini açıqlayıb. Məlumata görə, hücumlar İranın cənubundakı hərbi obyektlərə, hava hücumundan müdafiə sistemlərinə, radar qurğularına və logistika infrastrukturuna yönəlib. Tehran isə cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib. İran rəsmiləri Suriyadakı ABŞ mövqelərinin də hədəfə alındığını bildiriblər. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə Bəhreyn, Küveyt və Oman istiqamətində raket hücumları həyata keçirdiyini iddia edib. Küveytin...
Dünya

Vens: “İsraildə bizi İranla danışıqlardan çəkindirmək istəyənlər var”

16 İyul 2026

Government Press Office

ABŞ vitse-prezidenti Ceyms Vens növbəti dəfə İsraili ölkəsi ilə İran arasında danışıqlara müdaxilə etməkdə ittiham edib.  O, iyulun 15-də yayımlanan müsahibədə podkastçı Co Roqana deyib ki, İsraildə bəzi hökumət üzvləri ABŞ-İran danışıqlarına təsir etməyə çalışır.  “Şübhəsiz ki, İsrail hökuməti daxilində İrana qarşı hərbi kampaniyanı davam etdirmək istədikləri üçün bizi danışıqlar siyasətindən uzaqlaşdırmağa çalışan insanlar var. Həmçinin, şübhəsiz ki, onların sistemində bəzi insanlar var ki, müharibəni qeyri-müəyyən müddətə davam etdirmək üçün Amerika ictimai rəyini manipulyasiya edir və dəyişdirməyə çalışırlar. Yenə də, heç bir məqsədə doğru deyil, sadəcə qeyri-müəyyən müddətə”, - o qeyd edib.  Vens daha öncə də İsrail hökumətini İranla anlaşmaya...

Seçilmiş Videolar

Toplum TV loqo