Foto: BBC
ABŞ prezidenti Donald Tramp İranın ölkədə hakimiyyət əleyhinə etirazlarda iştirak edənləri öldürməyi dayandırdığını və saxlanılanları edam etməyəcəyini deyib.
O, bunu yanvarın 14-də Ağ Evdə jurnalistlərə bildirib.
Jurnalistlər ondan məlumatın mənbəyini soruşduqda isə, Tramp cavab verməkdən imtina edib və "etibarlı mənbələrdən" məlumat aldığını qeyd edib.
Yanvarın 15-də İranın dövlət mediası da daha öncə edam ediləcəyi xəbəri yayılmış 26 yaşlı etirazçı Erfan Soltani barəsində məhkəmənin edam qərarından imtina etdiyini yazıb.
Soltani yanvarın 10-da həbs olunub və barəsində edam hökmü xəbəri yayılmış ilk etirazçı idi. Onun yanvarın 14-də edam ediləcəyi gözlənilirdi.
İranın xarici işlər naziri Abbas Əraqçı da ABŞ-nin "Fox News" telekanalına müsahibəsində edamlarla bağlı suala cavabında deyib ki, belə bir plan yoxdur.
İranda ötən ilin sonlarından yerli valyutanın devalvasiyasına qarşı başlayan etirazların gedişi haqda dəqiq məlumat yoxdur. Hökumət internetə girişi və xaricə telefon zənglərini məhdudlaşdırıb.
Əraqçı isə deyib ki, vəziyyət hökumətin nəzarəti altındadır.
İrandan xaricdə yaşayan hüquq müdafiəçilərinin məlumatına görə, ölkənin təhlükəsizlik qüvvələri 2500-dən çox etirazçını öldürüb və 18 mindən çox şəxsi həbs edib.
Tramp daha öncə İran hakimiyyətinə etirazçıların öldürüləcəyi təqdirdə hərbi müdaxilə edəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır
Centcom
Government Press Office
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"