Dünya

Tramp “Epşteyn faylları”nın açıqlanması üçün qanun layihəsini imzalayıb

20 Noyabr, 2025
204

Foto: açıq mənbə

ABŞ prezidenti Donald Tramp noyabrın 19-da Ədliyyə Nazirliyindən “Epşteyn faylları” kimi tanınan sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edən qanun layihəsini imzalayıb.

“Epşteyn faylları” milyarder iş adamı, azyaşlıların cinsi istismarı məqsədilə alverində təqsirləndirilən Cefri Epşteynə dair istintaq materiallarını əhatə edir.

Epşteyn 2019-cu ilin iyulunda həbs edilib və bir ay sonra həbsxanada ölü tapılıb. Rəsmilər onun intihar etdiyini bildirsələr də, bir çox amerikalı buna şübhə ilə yanaşır.

İttiham aktında qeyd olunur ki, Epşteyn aralarında azyaşlıların da olduğu çoxlu sayda qızı özünə məxsus adaya apararaq cinsi istismara məruz qoyub.

İş üzrə sənədlərin böyük hissəsinin illərlə məxfi saxlanılması ABŞ ictimaiyyətində müxtəlif konspiroloji nəzəriyyələrin yaranmasına səbəb olub.

Bəzi iddialara görə, Epşteynlə yaxın münasibətdə olmuş tanınmış şəxslər də həmin adaya gedib və cinsi istismarda iştirak edib. Bu şəxslər arasında prezident Tramp, milyarder Bil Qeyts, Britaniya şahzadəsi Endryu və keçmiş ABŞ prezidenti Bill Klintonun adı çəkilir.

Endryu ötən ayın sonunda özü bunu inkar etsə də, haqqında irəli sürülən ittihamlarla bağlı Britaniya kralı tərəfindən şahzadə titulundan məhrum edilib.

Digər bir iddiaya əsasən, adaya gedən şəxslər gizli şəkildə videoya çəkilib və bu materiallar kompromat kimi toplanıb. Bu nəzəriyyəni irəli sürənlər bunun arxasında əsasən ABŞ və ya İsrail kəşfiyyatının dayandığını iddia edirlər.

Tramp biznesmen olduğu dövrdə Epşteynlə yaxın olub və bu, bir neçə fotoda əksini tapıb. Lakin prezident olaraq bu yaxınlığı təkzib edir və cinsi istismarla bağlı heç nə bilmədiyini bildirir.

Tramp administrasiyasının uzun müddət “Epşteyn faylları”nın ictimailəşdirilməsinə qarşı çıxması da onun adının sənədlərdə keçdiyi ehtimalını gücləndirirdi. Ədliyyə Nazirliyi bunu sənədlərin açıqlanmasının milli təhlükəsizliyə təhdid yarada biləcəyi ilə əsaslandırırdı.

Lakin son bir həftədə Tramp mövqeyini dəyişib və Respublikaçı konqresmenləri sənədlərin ictimailəşdirilməsi üçün hazırlanan qanun layihəsini dəstəkləməyə çağırıb.

Noyabrın 18-də Konqresin mütləq çoxluğu layihənin lehinə səs verib.

Qanuna əsasən, Ədliyyə Nazirliyi növbəti bir ay ərzində sənədləri ictimaiyyətə açıqlamalıdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır

17 İyul 2026

Centcom

ABŞ və İran arasında davam edən qarşıdurma fonunda tərəflər qarşılıqlı zərbələri davam etdirir. Son hücumlarda İranın cənubundakı hərbi obyektlərlə yanaşı, Körfəz regionunda yerləşən strateji infrastrukturun da hədəfə alındığı bildirilir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 16-da İran ərazisində növbəti hava zərbələri endirdiyini açıqlayıb. Məlumata görə, hücumlar İranın cənubundakı hərbi obyektlərə, hava hücumundan müdafiə sistemlərinə, radar qurğularına və logistika infrastrukturuna yönəlib. Tehran isə cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib. İran rəsmiləri Suriyadakı ABŞ mövqelərinin də hədəfə alındığını bildiriblər. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə Bəhreyn, Küveyt və Oman istiqamətində raket hücumları həyata keçirdiyini iddia edib. Küveytin...
Dünya

Vens: “İsraildə bizi İranla danışıqlardan çəkindirmək istəyənlər var”

16 İyul 2026

Government Press Office

ABŞ vitse-prezidenti Ceyms Vens növbəti dəfə İsraili ölkəsi ilə İran arasında danışıqlara müdaxilə etməkdə ittiham edib.  O, iyulun 15-də yayımlanan müsahibədə podkastçı Co Roqana deyib ki, İsraildə bəzi hökumət üzvləri ABŞ-İran danışıqlarına təsir etməyə çalışır.  “Şübhəsiz ki, İsrail hökuməti daxilində İrana qarşı hərbi kampaniyanı davam etdirmək istədikləri üçün bizi danışıqlar siyasətindən uzaqlaşdırmağa çalışan insanlar var. Həmçinin, şübhəsiz ki, onların sistemində bəzi insanlar var ki, müharibəni qeyri-müəyyən müddətə davam etdirmək üçün Amerika ictimai rəyini manipulyasiya edir və dəyişdirməyə çalışırlar. Yenə də, heç bir məqsədə doğru deyil, sadəcə qeyri-müəyyən müddətə”, - o qeyd edib.  Vens daha öncə də İsrail hökumətini İranla anlaşmaya...

Seçilmiş Videolar

Toplum TV loqo