Dünya

Tramp: “Venesuela ABŞ-yə 50 milyon barelə qədər neft verəcək”

7 Yanvar, 2026
167

İllustrasiya: Eddie Marshall

ABŞ prezidenti Donald Tramp Venesuelanın ABŞ-yə 30-50 milyon barel neft verəcəyini deyib. 

O, bu barədə yanvarın 6-da "Truth Social" platformasında yazıb. 

Trampın sözlərinə görə, neft bazar qiymətinə satılacaq və əldə olunan pul Venesuela və ABŞ xalqlarının "mənafeyi üçün xərclənəcək". 

O, planın dərhal icrası üçün Enerji Katibliyinə tapşırıq verdiyini əlavə edib. 

Bundan bir gün öncə Venesuelanın vitse-prezidenti Delsi Rodrigez prezidentlik səlahiyyətlərini müvəqqəti icra etmək üçün and içib. 

ABŞ-nin böyük neft şirkətlərinin nümayəndələrinin bu həftə Trampla görüşməsi gözlənilir. O, daha öncə bildirmişdi ki, ABŞ şirkətləri Venesuelanın enerji infrastrukturunu bərpa edə bilər. 

300 milyard bareldən çox neft ehtiyatı olduğu deyilən Venesuela bununla dünya üzrə birinci yerdədir. 

Yanvarın 3-ü səhər saatlarında ABŞ ordusu Karakasa zərbələr endirib, Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşını tutaraq ABŞ-yə gətirib. 

Maduro narkoterrorçuluq və ABŞ-yə qarşı silahlı hücum planında təqsirləndirilir.

Tramp administrasiyası 2013-cü ildən hakimiyyətdə olan Maduronu Venesuelanın legitim prezidenti kimi tanımır.

Maduro ötən il keçirilən səsvermədə yenidən seçildiyini iddia edib, lakin ABŞ və digər Qərb ölkələri həmin seçkini saxta adlandırıb və müstəqil müşahidəçilər seçkilərdə müxalifətin böyük üstünlüklə qalib gəldiyini bildiriblər.

Tramp uzun müddətdir Venesuelanın ABŞ-yə narkotik maddələr ixrac etdiyini iddia edir. ABŞ ordusu bu ölkədən olduğu və narkotik maddə daşıdığı deyilən qayıqlara beynəlxalq sularda zərbələr endirir və bunun nəticəsində onlarla insan həlak olur.

Trampın tənqidçiləri isə qayıqların narkotik maddə daşıdığına dair sübutların olmadığını deyirlər.

Maduro da daha öncə ictimaiyyət önündə çıxışında Trampın əsl məqsədinin onu devirmək və ölkənin neft ehtiyatlarını ələ keçirmək olduğunu deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır

17 İyul 2026

Centcom

ABŞ və İran arasında davam edən qarşıdurma fonunda tərəflər qarşılıqlı zərbələri davam etdirir. Son hücumlarda İranın cənubundakı hərbi obyektlərlə yanaşı, Körfəz regionunda yerləşən strateji infrastrukturun da hədəfə alındığı bildirilir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 16-da İran ərazisində növbəti hava zərbələri endirdiyini açıqlayıb. Məlumata görə, hücumlar İranın cənubundakı hərbi obyektlərə, hava hücumundan müdafiə sistemlərinə, radar qurğularına və logistika infrastrukturuna yönəlib. Tehran isə cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib. İran rəsmiləri Suriyadakı ABŞ mövqelərinin də hədəfə alındığını bildiriblər. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə Bəhreyn, Küveyt və Oman istiqamətində raket hücumları həyata keçirdiyini iddia edib. Küveytin...
Dünya

Vens: “İsraildə bizi İranla danışıqlardan çəkindirmək istəyənlər var”

16 İyul 2026

Government Press Office

ABŞ vitse-prezidenti Ceyms Vens növbəti dəfə İsraili ölkəsi ilə İran arasında danışıqlara müdaxilə etməkdə ittiham edib.  O, iyulun 15-də yayımlanan müsahibədə podkastçı Co Roqana deyib ki, İsraildə bəzi hökumət üzvləri ABŞ-İran danışıqlarına təsir etməyə çalışır.  “Şübhəsiz ki, İsrail hökuməti daxilində İrana qarşı hərbi kampaniyanı davam etdirmək istədikləri üçün bizi danışıqlar siyasətindən uzaqlaşdırmağa çalışan insanlar var. Həmçinin, şübhəsiz ki, onların sistemində bəzi insanlar var ki, müharibəni qeyri-müəyyən müddətə davam etdirmək üçün Amerika ictimai rəyini manipulyasiya edir və dəyişdirməyə çalışırlar. Yenə də, heç bir məqsədə doğru deyil, sadəcə qeyri-müəyyən müddətə”, - o qeyd edib.  Vens daha öncə də İsrail hökumətini İranla anlaşmaya...

Seçilmiş Videolar

Toplum TV loqo