Dünya

Tramp: Seçkisiz diktator Zelenski tez hərəkət etməlidir, əks halda ölkəsi yox olacaq

20 Fevral, 2025
38

açıq mənbədən götürülüb

ABŞ Prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini yenidən sərt tənqid edərək onun fəaliyyətini "uğursuz" adlandırıb və deyib ki, əgər o istəsəydi, Ər-Riyadda Rusiya ilə danışıqlara qatılardı.

Bu barədə o,"Truth Social" platformasında yazıb.

"Seçkisiz diktator Zelenski tez hərəkət etməlidir, əks halda onun ölkəsi yok olaca. Bu arada, biz Rusiya ilə müharibəyə son qoymaq üçün uğurla danışıqlar aparırıq, etiraf etmək lazımdır ki, bunu yalnız Tramp və Tramp administrasiyası edə bilər", - ABŞ prezidenti deyib.

Tramp iddia edib ki, Zelenski müharibə üçün ayrılmış Amerika yardımını məqsəddən kənar istifadə edib və əvvəlki prezident Co Bayden administrasiyasından sui-istifadə edib.

Bundan əvvəl o, "Truth Social" platformasında "Zelenski, yəqin ki, bol və asan gələn yardım axınının davam etməsini istəyir" yazaraq, Qərbin yardımına işarə edib.

Konqresin bir neçə Respublikaçı üzvü, o cümlədən Senat çoxluğunun lideri Con Tun Zelenskini diktator hesab etmədiklərini bildiriblər .

Trampın Ukraynada seçkilərin keçirilməsi zərurəti və ukraynalılar arasında Zelenskinin dəstəyinin "4 faizə" düşməsi ilə bağlı daha əvvəlki açıqlamasına cavab verən Ukrayna Prezidenti bunları deyib: "Bu gün mənə etimad 57% təşkil edir. Əgər kimsə məni indi əvəzləmək istəsə, bu, işə yaramayacaq". O, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun  keçirdiyi sosioloji sorğuya istinad edib və 4%-lik reytinqi ilə bağlı söhbəti “dezinformasiya” adlandırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Duda Zelenskiyə Trampla sakit əməkdaşlıq etməyi tövsiyə edib

21 Fevral 2025

açıq mənbədən götürülüb

Polşa prezidenti Anjey Duda Ukrayna prezidenti Vladimir Zelenskiyə ABŞ prezidenti Donald Trampla əməkdaşlıqda “sakit” və “konstruktiv” yanaşmanı davam etdirməyi tövsiyə edib. Bunu Duda Zelenski ilə telefon danışığından sonra verdiyi açıqlamada bildirib. “Zelenski ilə telefon danışığı apardım. Ona Trampla sakit dialoqu və konstruktiv əməkdaşlığı davam etdirməyi tövsiyə etdim. ABŞ-nin dəstəyi qan tökülməsini dayandırmağın və Ukraynada sülhə nail olmağın yeganə yoludur”, - Duda vurğulayıb. Ukrayna Prezidenti isə qeyd edib ki, onun ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşü ölkəsində davam edən müharibənin həllinə “ümidləri bərpa edir”. Bu həftə Trampla Zelenski arasında gərginlik müşahidə olunub. Tramp müharibəyə və ərazisinin bir hissəsinin işğalına baxmayaraq, Ukraynada seçkilərin keçirilməsinin...
Dünya

BMT: Suriyanın bərpası yarım əsr çəkə bilər

21 Fevral 2025

Getty Images

 “Hazırda 10 suriyalıdan doqquzu yoxsulluq içində yaşayır” Suriyada 14 illik münaqişədən sonra iqtisadi, sosial və inkişaf sahələrində irəliləyişin əldə olunması üçün 50 ildən çox vaxt lazımdır. BMT İnkişaf Proqramının (BMTİP) fevralın 20-də yaydığı hesabatda belə deyilir. Hesabatda vurğulanır ki, hazırkı artım tempi ilə Suriya iqtisadiyyatı 2080-ci ilə qədər münaqişədən əvvəlki ÜDM səviyyəsini bərpa edə bilməyəcək. Belə ki, son beş ildə orta illik iqtisadi artım 1.3 faiz olub və bu sürət davam edərsə, münaqişədən əvvəlki ÜDM səviyyəsinə qayıtmaq üçün 55 il tələb olunacaq. Suriyanın infrastrukturunun çox hissəsi dağıdılıb və ölkə 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra Əsədin müxalifəti sıxışdırmasına görə ağır...

Seçilmiş Videolar

Toplum TV loqo