Tramp: Seçkisiz diktator Zelenski tez hərəkət etməlidir, əks halda ölkəsi yox olacaq
açıq mənbədən götürülüb
ABŞ Prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini yenidən sərt tənqid edərək onun fəaliyyətini "uğursuz" adlandırıb və deyib ki, əgər o istəsəydi, Ər-Riyadda Rusiya ilə danışıqlara qatılardı.
Bu barədə o,"Truth Social" platformasında yazıb.
"Seçkisiz diktator Zelenski tez hərəkət etməlidir, əks halda onun ölkəsi yok olaca. Bu arada, biz Rusiya ilə müharibəyə son qoymaq üçün uğurla danışıqlar aparırıq, etiraf etmək lazımdır ki, bunu yalnız Tramp və Tramp administrasiyası edə bilər", - ABŞ prezidenti deyib.
Tramp iddia edib ki, Zelenski müharibə üçün ayrılmış Amerika yardımını məqsəddən kənar istifadə edib və əvvəlki prezident Co Bayden administrasiyasından sui-istifadə edib.
Bundan əvvəl o, "Truth Social" platformasında "Zelenski, yəqin ki, bol və asan gələn yardım axınının davam etməsini istəyir" yazaraq, Qərbin yardımına işarə edib.
Konqresin bir neçə Respublikaçı üzvü, o cümlədən Senat çoxluğunun lideri Con Tun Zelenskini diktator hesab etmədiklərini bildiriblər .
Trampın Ukraynada seçkilərin keçirilməsi zərurəti və ukraynalılar arasında Zelenskinin dəstəyinin "4 faizə" düşməsi ilə bağlı daha əvvəlki açıqlamasına cavab verən Ukrayna Prezidenti bunları deyib: "Bu gün mənə etimad 57% təşkil edir. Əgər kimsə məni indi əvəzləmək istəsə, bu, işə yaramayacaq". O, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sosioloji sorğuya istinad edib və 4%-lik reytinqi ilə bağlı söhbəti “dezinformasiya” adlandırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
Getty Images
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”