Dünya

Tramp Ukraynanı seçki keçirməyə çağırır

19 Fevral, 2025
47

AP

ABŞ Prezidenti Donald Tramp Ukraynada seçkilərin keçirilməsinə çağırıb və bildirib ki, ukraynalılar arasında Zelenskinin dəstəyi “4%-ə düşüb”. 

Tramp bunu ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında Ər-Riyadda aparılan danışıqları şərh edərkən deyib.

"Hesab edirəm ki, bu müharibəni bitirmək gücüm var", –Tramp jurnalistlərə bildirib.

O, bu ay Rusiya Prezidenti Vladimir Putinlə görüşə biləcəyini qeyd edib və Avropanın Ukraynaya sülhməramlı qoşun göndərmək ideyasına qarşı olmadığını bildirib. Bu ideya fevralın 17-də Parisdə keçirilən sammitdə müzakirə olunub.

"Əgər onlar bunu etmək istəyirlərsə, mən tam dəstək verirəm", –Tramp bildirib. Lakin əlavə edib ki, ABŞ-ın Ukraynaya təhlükəsizlik təminatı vermək məqsədilə göndəriləcək hər hansı qoşun kontingentində iştirak etmək planı yoxdur.

O, həmçinin rəsmi Kiyevin Səudiyyə Ərəbistanındakı danışıqlardan kənarda qalması ilə bağlı narahatlığını rədd edib. Tramp deyib ki, əgər o, 2022-ci ildə prezident olsaydı, Rusiyayla razılaşma əldə edərək işğalın qarşısını ala bilərdi.

"Bu gün eşitdim ki, 'eh, biz dəvət olunmamışıq.' Yaxşı, sizə üç il idi ki, yer verilmişdi, hətta ondan da əvvəl", –Tramp Ukraynaya istinad edərək bildirib. "Bunu gərək heç vaxt başlatmayaydınız. Razılaşma əldə edə bilərdiniz".

Volodimir Zelenski 2019-cu ildən Ukrayna prezidentidir. Yeni prezident seçkiləri 2024-cü ilin aprelində keçirilməli idi, lakin müharibə zamanı seçki kampaniyasının keçirilməsi Ukrayna Konstitusiyası ilə qadağandır. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) 2024-cü ilin yayında keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə , ukraynalıların 59%-i Zelenskiyə inanır, 36%-i isə ona etimadsızlıq nümayiş etdirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Duda Zelenskiyə Trampla sakit əməkdaşlıq etməyi tövsiyə edib

21 Fevral 2025

açıq mənbədən götürülüb

Polşa prezidenti Anjey Duda Ukrayna prezidenti Volodimir Zelenskiyə ABŞ prezidenti Donald Trampla əməkdaşlıqda “sakit” və “konstruktiv” yanaşmanı davam etdirməyi tövsiyə edib. Bunu Duda Zelenski ilə telefon danışığından sonra verdiyi açıqlamada bildirib. “Zelenski ilə telefon danışığı apardım. Ona Trampla sakit dialoqu və konstruktiv əməkdaşlığı davam etdirməyi tövsiyə etdim. ABŞ-nin dəstəyi qan tökülməsini dayandırmağın və Ukraynada sülhə nail olmağın yeganə yoludur”, - Duda vurğulayıb. Ukrayna Prezidenti isə qeyd edib ki, onun ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşü ölkəsində davam edən müharibənin həllinə “ümidləri bərpa edir”. Bu həftə Trampla Zelenski arasında gərginlik müşahidə olunub. Tramp müharibəyə və ərazisinin bir hissəsinin işğalına baxmayaraq, Ukraynada seçkilərin keçirilməsinin...
Dünya

BMT: Suriyanın bərpası yarım əsr çəkə bilər

21 Fevral 2025

Getty Images

 “Hazırda 10 suriyalıdan doqquzu yoxsulluq içində yaşayır” Suriyada 14 illik münaqişədən sonra iqtisadi, sosial və inkişaf sahələrində irəliləyişin əldə olunması üçün 50 ildən çox vaxt lazımdır. BMT İnkişaf Proqramının (BMTİP) fevralın 20-də yaydığı hesabatda belə deyilir. Hesabatda vurğulanır ki, hazırkı artım tempi ilə Suriya iqtisadiyyatı 2080-ci ilə qədər münaqişədən əvvəlki ÜDM səviyyəsini bərpa edə bilməyəcək. Belə ki, son beş ildə orta illik iqtisadi artım 1.3 faiz olub və bu sürət davam edərsə, münaqişədən əvvəlki ÜDM səviyyəsinə qayıtmaq üçün 55 il tələb olunacaq. Suriyanın infrastrukturunun çox hissəsi dağıdılıb və ölkə 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra Əsədin müxalifəti sıxışdırmasına görə ağır...

Seçilmiş Videolar

Toplum TV loqo