Dünya

Türkiyə polisi BƏƏ-yə işlədiyi deyilən 3 nəfəri həbs edib

25 Noyabr, 2025
148

Foto: açıq mənbədən götürülüb

Türkiyə hüquq-mühafizə orqanları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kəşfiyyat xidmətinə işləməkdə şübhəli bilinən üç nəfəri saxlayıb. 

Bu barədə noyabrın 25-də İstanbul Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, şübhəlilər Türkiyədə mühüm dövlət qurumlarında çalışan şəxslər haqqında Türkiyə mobil nömrəsindən istifadə etməklə şəxsi məlumatlar toplamaqda ittiham olunurlar.

“Əmirliklərin kəşfiyyat xidməti üzvlərinin Türkiyədə fəaliyyət göstərən bir GSM şirkətindən nömrə əldə etdikləri və saxta profillər vasitəsilə ölkəmizdə mühüm vəzifələrdə çalışan şəxslər haqqında bioqrafik məlumat toplamağa cəhd etdikləri müəyyən edilib", - açıqlamada deyilir.

“Onlar müdafiə sənayesi təşkilatlarının rəhbərliyini, Xarici İşlər Nazirliyi tərəfindən istifadə olunan bir telefon xəttini və bəzi xarici ölkələrin rəsmi nümayəndələrini hədəfə alıb", - deyə əlavə olunub. 

Açıqlamada həm də qeyd olunub ki, ümumilikdə BƏƏ-yə işləyən 4 nəfər müəyyən olunub, lakin onlardan üçü həbs olunub, biri isə ölkə xaricində olduğuna görə barəsində qiyabi həbs qərarı verilib. 

Türkiyə və BƏƏ 2021-ci ildə "Ərəb baharı"ndan qaynaqlanan fikir ayrılıqlarını aradan qaldırmaq üçün aparılan geniş danışıqlardan sonra münasibətlərini bərpa ediblər.

O vaxtdan bəri münasibətlər azad ticarət sazişi, investisiya anlaşması və yüksək səviyyəli rəsmilərin tez-tez həyata keçirdiyi səfərlərlə daha da möhkəmləndirilib.

Lakin son aylarda Sudandakı müharibə regionun iki böyük gücü arasında bəzi gərginlikləri yenidən alovlandırıb.

BƏƏ keçən il ərzində Ankara ilə əməkdaşlığını gücləndirən Sudan ordusuna qarşı döyüşən Çevik Dəstək Qüvvələrini dəstəkləyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır

17 İyul 2026

Centcom

ABŞ və İran arasında davam edən qarşıdurma fonunda tərəflər qarşılıqlı zərbələri davam etdirir. Son hücumlarda İranın cənubundakı hərbi obyektlərlə yanaşı, Körfəz regionunda yerləşən strateji infrastrukturun da hədəfə alındığı bildirilir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 16-da İran ərazisində növbəti hava zərbələri endirdiyini açıqlayıb. Məlumata görə, hücumlar İranın cənubundakı hərbi obyektlərə, hava hücumundan müdafiə sistemlərinə, radar qurğularına və logistika infrastrukturuna yönəlib. Tehran isə cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib. İran rəsmiləri Suriyadakı ABŞ mövqelərinin də hədəfə alındığını bildiriblər. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə Bəhreyn, Küveyt və Oman istiqamətində raket hücumları həyata keçirdiyini iddia edib. Küveytin...
Dünya

Vens: “İsraildə bizi İranla danışıqlardan çəkindirmək istəyənlər var”

16 İyul 2026

Government Press Office

ABŞ vitse-prezidenti Ceyms Vens növbəti dəfə İsraili ölkəsi ilə İran arasında danışıqlara müdaxilə etməkdə ittiham edib.  O, iyulun 15-də yayımlanan müsahibədə podkastçı Co Roqana deyib ki, İsraildə bəzi hökumət üzvləri ABŞ-İran danışıqlarına təsir etməyə çalışır.  “Şübhəsiz ki, İsrail hökuməti daxilində İrana qarşı hərbi kampaniyanı davam etdirmək istədikləri üçün bizi danışıqlar siyasətindən uzaqlaşdırmağa çalışan insanlar var. Həmçinin, şübhəsiz ki, onların sistemində bəzi insanlar var ki, müharibəni qeyri-müəyyən müddətə davam etdirmək üçün Amerika ictimai rəyini manipulyasiya edir və dəyişdirməyə çalışırlar. Yenə də, heç bir məqsədə doğru deyil, sadəcə qeyri-müəyyən müddətə”, - o qeyd edib.  Vens daha öncə də İsrail hökumətini İranla anlaşmaya...

Seçilmiş Videolar

Toplum TV loqo