Açıq mənbələrdən götürülüb
Dağlıq Qarabağ erməni seperatçılarının lideri Arayik Harutyunyan Artak Artem Beqlaryanın dövlət naziri vəzifəsindən azad edib və onun əvəzinə Ruben Vardanyanı dövlət naziri təyin edib.
Bu barədə noyabrın 4-də "Novosti-Armeniya" məlumat yayıb.
https://toplum.tv/siyaset/ermeni-milyarder-qarabag-ermenilerinin-basina-getirilir
1968-ci il təvəllüdlü erməni milyarder Ruben Vardanyan Yerevanda anadan olsa da, sərvətini Rusiyada qazanıb. "Forbes" jurnalı onun varidatının təxminən 1 milyard dollar həcmində qiymətləndirir. Vardanyan 2021-ci ildə Ermənistan vətəndaşlığı alıb. O, qərarını II Qarabağ müharibəsindən sonra erməni xalqına dəstək olmaq istəməsiylə əlaqələndirib. Milyarder əvvəlcə hansısa dövlət vəzifəsini tutacağını rədd eləsə də, sonradan Qarabağdakı erməni seperatçılarının rəhbəri Araik Harutunyanın dövlət naziri vəzifəsini tutmaq təklifini qəbul edib. Bəzi ekspertlər Vardanyanın məhz Rusiyanın himayəsi altında Qarabağda yüksək vəzifəyə gətirildiyini iddia edirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib
Luca Faz
sosial media
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”