Açıq mənbə
Ermənistan Qarabağdan köçən təxminən 40 min nəfərə vətəndaşlıq verib.
Bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan “CivilNet”-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, qarabağlı qaçqınların ümumi sayı 115 mindən çoxdur və onların təxminən yarısı vətəndaşlıq üçün müraciət edib. Müraciətlərə baxılmağa davam edilir.
“İki il yarımlıq müddəti nəzərə alsaq, hesab edirəm ki, bu, qaçqın əhalinin Ermənistan vətəndaşlığını almaqda və Ermənistanda tamhüquqlu, perspektivli gələcək qurmaqda maraqlı olduğunu göstərən mühüm göstəricidir”, - A.Sarkisyan deyib.
Nazir xatırladıb ki, qaçqınların Ermənistana sosial-iqtisadi inteqrasiyası Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı görülən işlərin istiqamətlərindən biridir.
“Düşünürəm ki, artıq görülmüş işlər avropalı tərəfdaşlar tərəfindən yüksək qiymətləndiriləcək”, – daxili işlər naziri qeyd edib.
2023-cü ildə Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisində apardığı hərbi əməliyyatdan sonra bölgədə yaşayan erməni əhali köç edib.
Baş nazir Nikol Paşinyan əvvəllər çıxışlarında qaçqınların Qarabağa qayıdışının real olmadığını deyib və onlara Ermənistana inteqrasiya olmağı təklif edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Russian Foreign Ministry
ABŞ: "Tramp marşrutu”nda gömrük və sərhəd xidməti Ermənistanın nəzarətində olacaq
primeminister.am
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar