İqtisadiyyat

2025-ci ildə bank sektorunun yekunları: Əliyevlərə məxsus banklar ümumi mənfəətin yarısına sahibdir

19 Yanvar, 2026
400

Foto/kollaj: Toplum TV

Ölkədə fəaliyyət göstərən 22 bankın hamısı ötən həftə 2025-ci il üzrə maliyyə fəaliyyətinin yekun hesabatlarını açıqlayıb. Bank sektorundakı vəziyyəti şərh edən ekspertlərin fikrincə, iqtisadi artımın təxminən 1 faiz olduğu, adambaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) artmadığı və faktiki durğunluğun müşahidə edildiyi bir ildə bank sektorunun nəticələrinin təhlili xüsusi əhəmiyyət daşıyır.

Hesabatlardan görünür ki, ötən ili yalnız bir bank zərərlə başa vurub. Söhbət Prezident Administrasiyasının və Elmlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus olduğu iddia edilən “Bank BTB”dən gedir. Bankın zərəri 400 min manatdan bir qədər çox olub.

Qalan 21 bank 2025-ci ili mənfəətlə başa vurub. Lakin onlardan 12 bankın xalis mənfəəti 2024-cü illə müqayisədə azalıb, 9 bankın mənfəəti isə artıb. Mənfəəti ən çox azalan bank “Azər Türk Bank” olub: xalis mənfəət 52,2 faiz və ya 11,2 milyon manat azalaraq 10,1 milyon manata düşüb.

“Turanbank”ın xalis mənfəəti 51 faiz (təxminən 1,3 milyon manat) azalaraq 1,2 milyon manat təşkil edib. İran Milli Bankının Azərbaycan filialında isə xalis mənfəət 43 faiz (3,3 milyon manat) azalaraq ilin sonunda 4,4 milyon manata enib.

Xalis mənfəətdə azalma digər banklar üzrə belə olub: “Rabitə Bank” – 24 faiz (3,6 milyon manat), “Yelo Bank” – 28 faiz (12 milyon manat), “Express Bank” – 35 faiz (3,9 milyon manat), “Paşa Bank” – 29 faiz (61,6 milyon manat), “Yapı Kredi Bank” – 20 faiz (2,4 milyon manat), “Access Bank” – 9,3 faiz (5 milyon manat), “AFB Bank” – 7,5 faiz (343 min manat), “Bank VTB” – 4,1 faiz (390 min manat) və “Xalq Bank” – 7 faiz (4,6 milyon manat).

Bu 12 bank üzrə xalis mənfəətin ümumi azalması 110 milyon manat təşkil edib. Müstəqil təhlilçilərin fikrincə, mənfəət azalmasının səbəbləri bankdan banka fərqlənir və bu, onların real maliyyə vəziyyətinin qiymətləndirilməsi baxımından önəmlidir. Məsələn, “Rabitə Bank” mümkün zərərlərin qarşılanması üçün ehtiyatlarını 2,6 dəfə artıraraq 11,8 milyon manata çatdırıb. Bu isə əməliyyat mənfəətinin artmasına baxmayaraq, xalis mənfəətin azalmasına səbəb olub.

Oxşar vəziyyət “Paşa Bank”da da müşahidə edilib: bank 2025-ci ildə ehtiyat ayırmalarını təxminən 54 milyon manat artırıb və xalis mənfəətdəki 60 milyon manatdan çox azalmanın əsas səbəbi də məhz budur. “Yapı Kredi Bank”, “Turanbank” və “Access Bank”da da mənfəətin azalması ehtiyatların artırılması ilə əlaqədardır.

“Yelo Bank”da isə fərqli mənzərə yaranıb. Bank əvvəlki illərdə formalaşdırdığı 8,3 milyon manat ehtiyatı cari ilin mənfəətinə yönəltsə də, bu addım xalis mənfəətdəki azalmanın qarşısını tam almağa yetməyib. Əgər bu ehtiyatlar bərpa edilməsəydi, bankın xalis mənfəəti təxminən iki dəfə azalacaqdı. “Bank VTB” də əvvəlki illərin ehtiyatlarından 2,1 milyon manatı cari ilin mənfəətinə əlavə etsə də, yenə də azalma qeydə alınıb. Ən zəif göstəricilərdən biri “AFB Bank”da müşahidə olunub: bankın əməliyyat mənfəəti dörd dəfədən çox azalsa da, əvvəlki illərin ehtiyatlarının bərpası hesabına xalis mənfəətdəki azalma nisbətən məhdudlaşdırılıb.

Mənfəətini artıran 9 bankın ümumi xalis mənfəəti 815 milyon manat olub ki, bu da sektor üzrə ümumi mənfəətin 70 faizinə bərabərdir. Həmin banklarda mənfəət artımı orta hesabla 20–25 faiz təşkil edib. İstisna olaraq, “Kapital Bank”da xalis mənfəət 70 faiz, “Ziraat Bank”da isə 60 faiz artıb.

Bu 9 bank üzrə xalis mənfəət artımı 200 milyon manatdan çox olub və bunun təxminən 65 faizi, yəni 128 milyon manatı “Kapital Bank”ın payına düşüb. Ümumilikdə bank sektorunun xalis mənfəətinin təxminən 30 faizi, yəni 315 milyon manatı təkcə bu banka məxsusdur. Ölkə prezidentinin ailəsinə aid olduğu bildirilən üç bankın - “Kapital Bank”, “Paşa Bank” və “Xalq Bank”ın birgə xalis mənfəəti 525 milyon manat təşkil edib. Bu isə sektor üzrə ümumi mənfəətin təxminən yarısı deməkdir. Başqa sözlə, bank sektorunda qazanılan hər iki manat xalis mənfəətin biri məhz bu üç bankın payına düşür.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Milli Onkologiya Mərkəzi 35 milyon manatlıq tender keçirib 

17 İyul 2026

Açıq mənbə

Milli Onkologiya Mərkəzi təxminən 35 milyon manat dəyərində tender keçirib.  Elektron tender portalında iyulun 9-da yayımlanan məlumata görə, sözügedən tenderi “Azəri Med” adlı şirkət qazanıb. Məlumata əsasən, mərkəz şirkətə dərman preparatları, laborator reagentlər, sərf materialları və sarğı ləvazimatlarının satın alınması müqabilində 34 milyon 961 min 987 manat ödəməlidir.  "Azadlıq Radiosu"nun xəbərinə görə, 2025-ci ilin mayında da mərkəz 36 milyon manatlıq tenderi bu şirkətə verib. 2024-cü ilin mayında isə eyni şirkət 29 milyon 829 min 766 manatlıq tenderin qalibi elan edilib.  Mətbuatda "Azəri Med”in sahibinin deputat Kəmaləddin Qafarov olduğu barədə iddialar var. K.Qafarov parlamentdə təmsil olunana qədər Milli Onkologiya Mərkəzində baş...
İqtisadiyyat

Gömrük Xidmətinin rəhbərinə ünvanlanmayan vacib sual

29 İyun 2026

Açıq mənbə

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun hökumətə yaxın media qurumlarına verdiyi son müsahibədə müxtəlif mövzular müzakirə edilib. Lakin müsahibə zamanı tərəflərin heç biri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Orta Dəhlizlə bağlı yeni açıqladığı hesabatda yer alan mühüm və problemli məqamlara toxunmayıb. Söhbət OECD-nin hazırladığı və 2026-cı ildə yayılan “İqtisadi dəhlizlər çərçivəsində əlaqələrin qiymətləndirilməsi: Trans-Xəzər Nəqliyyat Dəhlizi nümunəsi" hesabatdan gedir. Sənəd Ş.Bağırovdan fərqli olaraq hazırda Azərbaycanda gömrük-sərhəd sistemində rəqəmsal texnologiyaların tətbiqi ilə yanaşı başqa ciddi problemlərə də diqqət ayırmağı vacib sayır. İlk növbədə söhbət xarici ticarət qaydaları ilə bağlı məlumatların bütün maraqlı tərəflər üçün əlçatanlığından gedir. Burda məlumatlar dedikdə, zəruri...

Seçilmiş Videolar

Toplum TV loqo