İqtisadiyyat

Azərbaycanda fermerlər üçün tam vergi güzəştləri 2027-dən ləğv oluna bilər

9 noyabr, 2026
19

sosial media

Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlir və mənfəət vergisindən tam azad edilməsi qaydasının ləğvi təklif olunur.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı məlumat verib.
Təkliflər qəbul olunarsa, 2027-ci il yanvarın 1-dən kənd təsərrüfatı istehsalçılarına gəlir və mənfəət vergisi üzrə 5 il müddətinə 90 faizlik güzəşt tətbiq ediləcək. Bu halda fermerlərin vergiyə cəlb olunan gəlirinin və ya mənfəətinin 10 faizi ümumi qaydada vergiyə cəlb olunacaq.

Güzəştdən yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olan və gəlirini və ya mənfəətini vergi bəyannaməsində göstərən istehsalçılar yararlana biləcəklər.
Bununla yanaşı, sadələşdirilmiş vergi üzrə tam azadolmanın müəyyən şərtlərlə daha 5 il müddətinə saxlanılması təklif edilir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin təsisçilərinin dividend gəlirləri üzrə mövcud vergi güzəştinin isə uzadılmaması nəzərdə tutulur.
Dövlət Vergi Xidməti dəyişikliyi aqrar sektorda uçotun rəqəmsallaşdırılması, gəlirlərin rəsmiləşdirilməsi və mərhələli vergitutma modelinə keçidlə əsaslandırır.
Qurumun hesablamasına görə, təklif edilən dəyişikliklər 2027-ci ildə dövlət büdcəsinə təxminən 14,1 milyon manat əlavə vergi gəliri gətirə bilər.

Bəzi müstəqil iqtisadçıların fikrincə, kənd təsərrüfatı istehsalçıları üçün nəzərdə tutulan 10 faizlik vergitutma ilkin mərhələdir və istehsalçılar vergi uçotuna cəlb edildikdən sonra bu yük tədricən artırıla bilər.
Onlar hesab edir ki, dəyişiklik kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb ola, həmçinin kənd yerlərindən şəhərlərə miqrasiyanı sürətləndirə bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo