Siyasət

İnanclı məhbus Fərid İsmayılova danışıb: “Hökumət bayraqdakı yaşıl rəngi soldurmaq istəyir”

2 Noyabr, 2026
9

Toplum TV

“Toplum TV işi” üzrə 12 il azadlıqdan məhrum edilən jurnalist Fərid İsmayılov Umbakı Penitensiar Müəssisəsində hicablı şagird və müəllimlərin məktəbə buraxılmamasına etiraz olaraq bir sıra inanclı məhbusun aclıq aksiyasına başladığını bildirir.

F.İsmayılovun sözlərinə görə, həbsxanada 10-a yaxın inanclı məhbus aclığı davam etdirir.

“Toplum TV” jurnalistin yazısını olduğu kimi təqdim edir.

“Oktyabrın 12-dən hicablı şagird və müəllimlərin məktəbə buraxılmaması ölkə həbsxanalarından etirazlarla qarşılandı.
Umbakı Penitensiar Müəssisəsində bu etirazlar hələ bir neçə gün əvvəl - oktyabrın 8-dən başlamışdı.
Günorta namazlarından sonra hicaba qadağaların olacağı ilə bağlı məlumatlar yayılırdı. Digər məhbuslarla əlaqəm məhdudlaşdırılsa da, bu qərara etiraz edənləri görmək və danışmaq imkanım oldu.
Oktyabrın 15-də Vəli Allahverdiyev adlı inanclı məhbusun əlləri arxadan bağlanaraq “kars”a (cərimə kamerası) aparıldığını gördüm. Qısa söhbətimiz zamanı aclığa başladığını bildirdi: “Hicab qadağasına etiraz olaraq aclığa başlamışam. Buna görə də “kars”a aparılır. Zülmə susmaq istəmirəm”.

Oktyabrın 16-da daha bir məhbus - Hüseyn Rzayev aclığa başladığını bildirdi:
“Aclıq kamerasına aparmırlar, deyirlər ki, “kars” ağzınadək doludur. Ona görə də öz kameramda saxlanılıram. Mənim üçün fərqi yoxdur. Hökumət Azərbaycan bayrağındakı yaşıl rəngi soldurmaq istəyir. Məqsəd hicabı, islamı yox etməkdir”.

Bir sıra məhbus aclıq aksiyasını müvəqqəti olaraq dayandırdıqlarını desələr də, hələ də 10-a yaxın inanclı məhbusun aclıq etdiyi deyilir”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Hicab qadağasına etiraz edən məhbusun intihara cəhd etdiyi deyilir

2 Noyabr 2026

açıq mənbə

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan üzvü Yavər İsmayılzadənin saxlanıldığı 1 saylı Cəzaçəkmə Müəssisəsində zorakılığa məruz qaldığı və buna etiraz olaraq intihara cəhd etdiyi bildirilir.  Bu barədə "Meydan TV" məhbus ailələrinə istinadən məlumat yayıb.  Məlumata görə, Y.İsmayılzadə Azərbaycanda hicablı şagird və müəllimlərin məktəblərə buraxılmamasına etiraz olaraq oktyabrın 14-də aclıq aksiyasına başlayıb və həmin gün cərimə kamerasına ("karser") salınıb. Mənbələr bildirib ki, fəal aclığı dayandırmadığına görə son bir həftədə iki dəfə həbsxana işçiləri tərəfindən fiziki zorakılığa məruz qalıb və hər iki hadisədən sonra özünə xəsarət yetirib.  Y.İsmayılzadənin hazırda harada saxlanıldığı və səhhəti ilə bağlı dəqiq məlumat yoxdur. Penitensiar Xidmət iddia ilə...
Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...

Seçilmiş Videolar

Toplum TV loqo