Foto: açıq mənbə
Bu ilin ilk 7 ayında Azərbaycan İtaliyaya 4,42 milyard dollar dəyərində 8,43 milyon ton neft ixrac edib.
Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında yenə də birinci yerdə qərarlaşıb.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb.
Hesabat dövründə bu ölkəyə 547 milyon dollar dəyərində 1,02 milyon ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutur. 2025-ci ilin yanvar-iyul aylarında bu ölkəyə 450 milyon dollar dəyərində 827 min ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilər hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatları əhatə edir.
Siyahıdan göründüyü kimi, hesabat dövründə 19 ölkəyə ümumilikdə 7,66 milyard dollar dəyərində 14,47 milyon ton neft ixrac edib.
Hesabat dövründə neft ixrac edilən digər ölkələrin siyahısı aşağıdakı kimidir:

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Açıq mənbə
Açıq mənbə
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"