İqtisadiyyat

Emal sənayesinin ÜDM-dəki payına görə Azərbaycan MDB-nin autsayderidir

3 Fevral, 2025
69

Açıq mənbədən götürülüb

MDB ölkələri emal sənayesinin inkişafına görə dünyanın geridə qalmış ölkələri klubunda yer alır. Sənayenin inkişafına görəsə Azərbaycan “3-cü ölkələr klubu”nun autsayderlərindən biridir. Bunu MDB statistika qurumunun açıqladığı son rəqəmlər açıq şəkildə göstərir.

Emal sənayesinin ÜDM-dəki payına görə sonuncu yer...

Hesabatdan aydın olur ki, haqqında statistik məlumatlar olmayan Türkmənistan xaric, Azərbaycan emal sənayesinin ÜDM-dəki payına görə MDB-nin 10 ölkəsi arasında 5,8%-lə sonuncu yerdədir.

Birinci yerdə ən yüksək göstəriciyə (23%) malik Belarus, ondan sonrakı yerdə isə Özbəkistan (20%) dayanır. Qazaxıstan, Ermənistan, Ukrayna və Moldovanın göstəriciləri 10-12% təşkil edir və bu, Azərbaycanın göstəricisindən təxminən 2 dəfə yüksəkdir.

Emal sənayesində yaranan ÜDM-in adambaşına məbləğinə görə sondan 3-cü yer...

Rəsmi statistikadan aydın olur ki, Azərbaycanda neft-kimya sektorundan sonra ən böyük emal həcmi qida məhsullarının istehsalı sahəsindədir. Emal sənayesinin təxminən 25%-i qida sektoru hesabına formalaşır. 2015-2016-cı illərdə bu göstərici 30%-dən çox olsa da, son illərdə azalma müşahidə edilib. Sonrakı yerlərdə tütün, metallurgiya və tikinti məhsullarının istehsalı gəlir. Bu 3 sektorun birlikdə həcmi qida istehsalının emal sənayesinə verdiyi töhfədən xeyli azdır. Mal çeşidinə baxdıqda, son 10 ildə bəzi qida məhsullarının istehsalında artım, müəyyən qismində isə ciddi azalmalar müşahidə edilib. Məsələn, 2015-2023-cü illərdə kolbasa məmulatları istehsalında 6,5 dəfə, dondurma istehsalında 5 dəfə artım baş verdiyi halda, bitki yağları istehsalı 2 dəfə, şəkər istehsalı 10%, buğda unu istehsalı isə 11% azalıb. Nəticə etibarilə ölkənin bəzi qidalar üzrə idxaldan asılılığı xeyli yüksəlib. Məsələn, 2014-cü illə müqayisədə buğda ununun idxalından asılılıq 6%-ə yaxın, bitki yağlarının idxalından asılılıq 20% artıb.

Azərbaycanın emal sənayesi potensialının kifayət qədər zəif olması MDB statistika qurumunun açıqladığı hesabatdakı başqa bir mühüm göstəricidən də aydın görünür. Söhbət emal sənayesində yaranan ÜDM-in adambaşına düşən məbləğindən gedir. Aşağıda təqdim olunan diaqramdan göründüyü kimi, Azərbaycan bu göstəricinin səviyyəsinə görə MDB-nin 10 ölkəsi arasında 8-ci sırada qərarlaşıb. 2023-cü ildə emal sənayesində adambaşına cəmi 412 dollarlıq ÜDM yaranıb. Birinci yerdə ən yüksək göstərici (2052 dollar) ilə Rusiya, sonuncu yerdə ən aşağı göstərici (59 dollar) ilə Qırğızıstandır.  

Rəqəmlərdən göründüyü kimi, Ermənistan bu reytinqdə 866,5 dollarla 4-cü yerdə qərarlaşıb. Ekspertlər hesab edirlər ki, istənilən ölkədə sənayenin inkişafı və xdimət sektorunun böyüməsi birbaşa emal sənayesinin potensialından asılıdır.  

"Toplum TV"


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

İqtisadi geriləmə və staqnasiya riski: Hindistan möcüzəsinin sonu?

3 Fevral 2025

sosial media

Hindistanın builki  büdcəsinin açıqlanması həmişəkindən daha böyük hadisə sayılırdı, çünki ölkənin gələcəyi baxımından vacib olan suala cavab veriləcəkdi: dünyanın beşinci ən böyük iqtisadiyyatının yavaşlamasına və bazarlardakı tənəzzülə qarşı hansı addımları atacaq? İlin bu ən böyük iqtisadi hadisəsi gözləntiləri doğrultmadı. Məlum oldu ki, hökumət bir vaxtlar bütün dünyanın həsəd apardığı 8%-lik sürətli artımı bərpa edə biləcək uzunmüddətli və geniş miqyaslı islahatları yox, orta sinfin vergilərini azaltmaq hesabına qısamüddətli yüksəliş xəttini seçib.  Eyni zamanda, büdcə layihəsi Hindistanın pandemiyadan sonrakı əsas hədəflərindən olan kapital xərclərə və infrastruktura da diqqətin azaldıldığını ortaya qoyub.  COVID-19 pandemiyasından sonra hökumət investisiyalar vasitəsilə iqtisadiyyata təkan vermək üçün kapital...
İqtisadiyyat

Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?

31 Yanvar 2025

Toplum TV/Kollaj

Dünya tarixinin ən böyük elm adamlarından biri Eynşteynin sözüdür: “Problemi yaradan zehniyyət onu həll edə bilməz”. Son 20 ildə çox böyük səhvlərlə dolu regional inkişaf siyasəti ilə ölkə ərazisinin cəmi 5%-ni təşkil edən Bakı və Abşeron yarımadasını ölkə əhalisinin 50%-dən çoxuna dolanışıq və məcburi yaşayış məskəninə çevirən bir idarəçilik indi yaxın 5 ildə tıxaclarda boğulan paytaxtı xilas edəcəyinin vədini verir. Hər halda hökumət dünən təsdiqlədiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ilə belə bir iddialı öhdəliyi üzərinə götürüb. Paytaxtın real demoqrafik yükü nə qədərdir? Proqramda bildirlir ki, son bir ildə Bakı və...

Seçilmiş Videolar

Toplum TV loqo