İqtisadiyyat

İcrada 35 faizlik kəsir: Böyük Qayıdış Proqramı hədəflərindən geri qalır?

27 Yanvar, 2026
258

Foto: açıq mənbə

Hökumət məcburi köçkünlərin işğaldan azad edilmiş və hazrıda bərpa dövrünü yaşayan ərazilərə qaytarılmasınə dəstəkləyən “2022-2026-cı illər üzrə Birinci Qayıdış Pqoqramı”nda müəyyən edilən hədəf göstəricilərini reallaşdırmaq imkanında deyil. Belə ki, adıçəkilən proqrama görə, 2022-2025-ci illərdə tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə 10270 ailə köçürülməli idi. Lakin ötən həftə Xankəndi şəhərinə ilk köçlə bağlı yayılan rəsmi informasiyalrdan aydın oldu ki, 21 yanvar 2026-cı il tarixinə 1 şəhər və 10 rayonun 37 yaşayış məntəqəsində ümumilikdə 6633 ailə və ya 26513 nəfərin məskunlaşdırılması təmin edilib. Bu isə proqramda müəyyən edilən hədəf göstəricidən 35 faiz (3637 ailə) az ailənin köçürülməsi deməkdir. Proqrama görə, 2026-cı ilin sonun qədər isə ümumilikdə 34,5 min ailə və ya təxminən 140 min nəfərin qayıdışı təmin edilməlidir. 2025-ci ilin sonuna nəzərdə tutulan hədəfin 35 faiz kəsirdə qalması onu göstərir ki, proqramın yekunu üçün də müəyyənləşdirilən yekun göstəricinin həyata keçirilməsi real görünmür. Bunun baş verməsi üçün ilin bundan sonrakı 11 ayında təxminən 115 min nəfərin köçürülməsinə nail olmaq lazımdır.

Proqramın icrasına 2021-2025-ci illərdə 21,8 millyard manat xərclənib. 2026-ci ildə əlavə olaraq 3,5 milyard manat da ayrıldığını nəzərə aldıqda, təxminən 6 illik bərpa prosesinə hökumətin 25,3 milyard manat və ya 15 milyard dollar ayırmış olacağı aydınlaşır. Müstəqil ekspertlər hesab edir ki, işlərin hazırkı miqyasını və xərclənən vəsaitin həcmini nəzərə aldıqda, bundan sonra işğaldan azad edilmiş ərazilərə tam qayıdışın təmin edilməsi və bərpa prosesinin tam başa çatdırılması üçün əlavə olaraq hazırkı qiymətlərlə ən azı 25-30 milyard dollar gərək olacaq. Bu isə ümumi bərpa prosesinin dəyərinin 50 milyard dollara yaxın olacağını deməyə əsas verir.

Açıqlanan rəsmi məlumatlardan aydın olur ki, indiyədək ümumilkdə 37 yaşayış məntəqəsində tam və qismən məskunlaşma təmin edilib. Bundan sonra 12 şəhər də daxil olmaqla 350-ə yaxın yaşayış məntəqəsinin bərpası həyata keçirilməlidir. Füzuli və Ağdam rayonlarının işğala məruz qalmamamış 93 kənd və qəsəbəsi nəzərə alınmadan ümumilikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə 894 yaşayış məntəqəsi işğaldan azad edilib. Hökumət bərpa dövründə həmin yaşayış məntəaqələrini birləşdirməklə ümumi sayı 3 dəfəyə yaxın azaltmağı planlaşdırır. Məsələn, Kəlbəcər rayonunda 124 yaşayış məntəqəsinin yerində 56 məntəqə, Füzuli rayonunda isə 60 yaşayış məskənin yerində 23 məntə tikiləcək. Yəni bu rəqəmlər onu göstərir ki, indən sonra ən azı 300-dən çox kənd və şəhər tam və qismən bərpa olunmalıdır.

Bəs indiyə qədər xərclənən vəsaitlər əsasən hansı istiqamətlərə sərf edilib? 2025-ci ildə ümumilikdə 4,3 milyard manaıtn xərcləndiyi artıq məlum olsa da, hələlik yalnız ilin 9 ayında xərclənən 2,9 milyard manatın konkret istiqamətlər üzrə bölgüsü nəzərə alınmaqla cəmi 20,4 milyard manatlıq xərcləmələrin aşağıdakı sahələrə yönəldildiyi məlum olur:

1)     Avtomobil yollarının tikintisinə 13,9 milyard manat və ya 5 ildə bərpa üçün xərclənən büdcənin 68 faizi qədər xərclənib;

2)     Yaşayış məntəqələrinin tikintisinə 2 milyard manat, yaxud ümumi bərpa xərclərinin  10 faizinə yaxın xərclənib;

3)     Dəmir yollarının tikintisinə 1,3 milyard manat və ya bütün bərpa xərclərinin təxmən 6,4 faizi  qədər xərclənib;

4)     Elektrik infrastruktrunun qurulmasına 850 milyon manat, yaxud cəmi bərpa xərclərinin təxmən 4,2 faizi  qədər xərclənib;

5)     Sosial infrastrukturun (təhsil müəssisələri, səhiyyə və mədəniyyət müəssisələri ) qurulmasına 765 milyon manat və ya bütün bərpa xərclərinin təxmən 3,8 faizi  qədər xərclənib;

6)     Mina təmizlənməsinə 460 milyon manat yaxud bütün bərpa xərclərinin təxmən 2,2 faizi  qədər xərclənib;

Bu istiqamətlər üzrə ümumi xərcləmələr 19,3 milyard manat təşkil edir və yerdə qalan 1,1 milyard manatın əsas hissəsi - təxminən 500 milyon manatı içməli su və meliorasiya layihələrinə sərf edilib.

Müstəqil ekspertlərin fikrincə, hökumət gərək qayıdış proqramının yekunlarına dair hər il hesabat açıqlasın və xərclənən vəsaitlərlə bağlı detallı məlumatları ictimaiyyətə təqdim eləsin. Məsələn, Ağdam rayonu üzrə neçə mənzil tikilib və onlara nə qədər vəsait xərclənib, neçə kilometr yol və ya içməli su xətti çəkilib, hər biri üzrə xərclənən vəsaitin məbləği nə qədər olub və s. Məhz bu cür hesabatlılıq işğaldana azad edilmiş ərazilərə sərf olunan ictimai vəsaitlərin şəffaflığını təmin etmiş olardı.

Qeyd: Yazıdakı fikirlər müəllifin mövqeyini əks etdirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Kartdan karta köçürmələrə limit nəyi dəyişəcək?

7 Avqust 2026

Toplum TV

Azərbaycanda avqustun 1-dən kart əməliyyatlarına məhdudiyyət tətbiq olunur.  Azərbaycan Banklar Assosiasiyasının (ABA) yaydığı məlumata görə, bank xidmətləri istifadəçiləri kartdan karta əməliyyatı ilə gündəlik ən çox 5 dəfə öz kartlarına köçürmə qəbul edə bilər. Aylıq ümumi köçürmə məbləği isə 20 min manatı keçməməlidir. Məxaric əməliyyatlarına isə hələlik məhdudiyyət qoyulmadığı bildirilir.  ABA prezidenti Zakir Nuriyev “AzTV”-yə müsahibəsində deyib ki, limit bütün kart köçürmələrinə şamil olunmayacaq. "Söhbət şəxsi köçürmə kanalı ilə biznes məqsədi üçün, uçotdan kənar dövriyyə üçün aparılan, şübhəli və ya dələduzluq xarakterli əməliyyatlardan gedir. Sağlam xarakterli normal köçürmələrə hər hansı limit olmayıb və olmayacaq", - o qeyd edib. Z.Nuriyev “sağlam xarakterli”...
İqtisadiyyat

Ekspert: “Azərbaycanda demək olar ki, hər ailədə ən azı bir nəfərin kredit borcu var”

4 Avqust 2026

Açıq mənbə

Azərbaycanda əhalinin banklara olan kredit borcu 19,1 milyard manata çatıb. Bu məbləğin təxminən 9,4 milyard manatını istehlak kreditləri təşkil edir. Bu isə əhalinin banklara olan ümumi borcunun təxminən yarısının istehlak kreditlərindən ibarət olduğunu göstərir. Müqayisə üçün qeyd etməyə dəyər ki, 2024-cü ildə istehlak kreditlərinin həcmi 8,445 milyard manat, 2025-ci ildə isə 9,354 milyard manat olub. Bu göstəricilər istehlak kreditlərinin artan tendensiyada olduğunu göstərir. İstehlak kreditlərinin həcminin artması əhalinin kreditlərə daha çox müraciət etməsinin səbəbləri ilə bağlı suallar yaradır. İnsanlar kreditləri əsasən hansı ehtiyaclarını qarşılamaq üçün götürür və bu borclanmanın artmasına nə təsir edir? Mövzu ilə bağlı “Toplum TV”-yə danışan iqtisadçı...

Seçilmiş Videolar

Toplum TV loqo