İqtisadiyyat

İqtisadçı: “İlin yarısını iş axtarmaqla keçirən insanlar tibbi sığorta haqqını necə ödəyəcək?”

3 Dekabr, 2025
252

Foto/kollaj: Toplum TV

Maliyyə naziri Sahil Babayev dekabrın 2-də Milli Məclisin plenar iclasında gələn il üçün icbari tibbi sığortaya ayrılmış vəsait haqda danışıb. 

Nazir bildirib ki, gələn il uşaqlar, pensiyaçılar, əlilliyi olan və əmək qabiliyyəti olmayan şəxslər və işsizlər dövlət tərəfindən sığorta olunacaqlar. Onun sözlərinə görə, burada söhbət 7.3-7.5 milyon insandan gedir və onların tibbi sığortası üçün büdcədə 900 milyon manat vəsait ayrılıb. 

"Əlavə olaraq, təqribən 2 milyon insanımız muzdlu əmək müqaviləsi ilə çalışır. Onların da sığortası əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçi və işəgötürən tərəfindən qarşılanır. Fərdi sahibkarlarımızın da sığortası onlar tərəfindən qarşılanır. Yəni, minimum əhalinin 95%-i tibbi sığorta ilə tam şəkildə əhatə olunacaq. Kimlər əhatə dairəsindən kənarda qalır? Yalnız işləyən və gəliri olan, amma gəlirini gizlədən, qeyri-formal məşğul olan şəxslər kənarda qalır", - S.Babayev deyib. 

Açıqlamaya "Facebook" səhifəsində münasibət bildirən iqtisadçı Rövşən Ağayev vurğulayıb ki, nazirin rəqəmlərində təzadlar var. 

İqtisadçı rəsmi statistikaya istinadən bildirib ki, ölkədə əlil olmayan pensiyaçılar və ahıllıq müavinəti alanlar təxminən 1 milyon, əlilliyi olanlar yarım milyon, əlil olmayan uşaqlar 2.6 milyon, qeydiyyatda olan işsizlər 220 min, yoxsulluğa görə müavinət alanlar isə 330 min nəfərdir. 

Beləliklə, nazirin sığortalanacağını dediyi bu əhali qrupları üzrə ümumi say təxminən 4.7 milyondur. 

Bundan əlavə, S.Babayev muzdlu əmək müqaviləsi ilə çalışanların 2 milyon olduğunu desə də, R.Ağayev bildirir ki, rəsmi statistika onların sayının 1.8 milyon nəfərdən də az olduğunu göstərir. 

"Yerdə qalır sahibkarlıq subyektərinin sayı. Bu qrup say baxımından ən  mübahisəli qrupdur. Çünki vergi orqanlarının da müntəzəm açıqlamalarından görünür ki, rəsmi qeydiyyatda olan biznes subyektlərinin daimi olaraq ən yaxşı halda yarısı aktiv, yəni real fəaliyyəti olan sahibkarlar olur. Məsələn, hazırda 1.5 milyondan artıq subyektdən 800 mini aktiv hesab edilir. Aktiv olmayan, davamlı tibbi sığorta ödəməyənlər necə olacaq? Məsələn, bir fərdi sahibkar il ərzində sığorta ödəmir, amma vergiyə boş hesabat təqdim elədiyi üçün aktiv ödəyici sayılır? Bunları necə sayacaqlar?", - o qeyd edib. 

İqtisadçı bildirir ki, muzdlu işçilər, aktiv sahibkarlar və dövlətin sığortalayacağı əhali qrupları nəzərə alındıqda maksimum 7.3 milyon insandan söhbət gedir. Nazirin çıxışından yerdə qalan 3 milyon nəfərə yaxın insanın hansı qrupa aid edildiyi isə aydın deyil. 

"Nazir isə az qala 9.7 milyon nəfərdən danışır.
Hər halda 2026 uzaqda deyil, yaşayıb birlikdə görəcəyik. Azərbaycanda məşğulluq statistikası ən azı 2.5 milyon nəfər şəxsin qeyri-formal məşğul olduğunu aşkar göstərir. Bunu görmək çətin deyil ki?"
, - o sual edib. 

S.Babayev çıxışında vurğulayıb ki, qeyri-rəsmi çalışanlar icbari tibbi sığorta üçün ödəniş etməli olacaq, ödəmədikləri halda 10% cərimə olunacaqlar. 

"Amma aydın olmur ki, təsadüfi gəlirləri olan, mövsümi və təsadüfi işlər səbəbindən davamlı işi olmayan, ilin yarısını işləyib yarısını iş axtarmaqla keçirən insanlar necə olacaq? Axı bu insanların hər ay gəliri yoxdur ki, hər ay sığorta ödəsin", - R.Ağayev qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Gömrük Xidmətinin rəhbərinə ünvanlanmayan vacib sual

29 İyun 2026

Açıq mənbə

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun hökumətə yaxın media qurumlarına verdiyi son müsahibədə müxtəlif mövzular müzakirə edilib. Lakin müsahibə zamanı tərəflərin heç biri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Orta Dəhlizlə bağlı yeni açıqladığı hesabatda yer alan mühüm və problemli məqamlara toxunmayıb. Söhbət OECD-nin hazırladığı və 2026-cı ildə yayılan “İqtisadi dəhlizlər çərçivəsində əlaqələrin qiymətləndirilməsi: Trans-Xəzər Nəqliyyat Dəhlizi nümunəsi" hesabatdan gedir. Sənəd Ş.Bağırovdan fərqli olaraq hazırda Azərbaycanda gömrük-sərhəd sistemində rəqəmsal texnologiyaların tətbiqi ilə yanaşı başqa ciddi problemlərə də diqqət ayırmağı vacib sayır. İlk növbədə söhbət xarici ticarət qaydaları ilə bağlı məlumatların bütün maraqlı tərəflər üçün əlçatanlığından gedir. Burda məlumatlar dedikdə, zəruri...
İqtisadiyyat

Dövlət borcunun görünməyən tərəfi: Təminat Fondunun resursları niyə tükənir?

22 İyun 2026

Toplum TV

Prezident İlham Əliyev də daxil olmaqla, iqtisadiyyata cavabdeh rəsmilərin dövlət borcunun aşağı səviyyəsini mütəmadi olaraq ölkənin iqtisadi gücünün əsas göstəricilərindən biri kimi təqdim etdikləri bir dövrdə, Hesablama Palatasının yaydığı açıqlama diqqət çəkib. Palatanın 2025-ci il üzrə dövlət büdcəsinin icrasına dair rəyində bildirilir ki, dövlət borcu və dövlət zəmanətli öhdəliklərlə bağlı Təminat Fondunun sərəncamında olan vəsaitlərin həcmi 2025-ci ilin sonuna 61 faiz azalaraq 419 milyon manatdan 164 milyon manata enib. Son 5 ildə (2020-2025-ci illərdə) isə 11 dəfəyə yaxın azalıb. Belə ki, 2020-ci ilin sonuna Fondun vəsaitlərinin ümumi qalığı 1,980 milyard manat olmuşdur. Təminat Fondu dövlət borclarının qaytarılması məqsədilə yaradılan büdcədənkənar...

Seçilmiş Videolar

Toplum TV loqo