İqtisadiyyat

Ölkədən çıxan valyuta artır, tədiyyə balansı mənfiyə düşür: manat risk altındadır?

15 Dekabr, 2025
212

Foto: açıq mənbə

Mərkəzi Bank 2025-ci ilin 9 ayı üzrə ölkənin ödəmələr balansı statistikasını açıqlayıb. Müstəqil ekspertlər hesab edirlər ki, bu göstəricilər milli valyutanın məzənnəsi ilə bağlı risklərin qiymətləndirilməsi baxımından son dərəcə mühüm makroiqtisadi məlumatlar təqdim edir. Çünki ölkəyə daxil olan və ölkədən çıxan xarici valyuta axınlarının həcmini, eləcə də bu giriş-çıxışların balansını məhz ödəmələr balansı vasitəsilə izləmək mümkündür.

Ekspertlərin fikrincə, ölkədən çıxan xarici valyuta həcmi ölkəyə daxil olan vəsaiti üstələdiyi halda milli valyutanın devalvasiya riski və məzənnənin qeyri-sabitliyi daim aktual təhlükə olaraq qalır. Əks halda isə milli valyutanın dəyərsizləşməsi ümumiyyətlə gündəmdən çıxır.

Mərkəzi Bankın açıqladığı məlumatlara görə, 2025-ci ilin 9 ayının yekununda ölkənin tədiyyə balansının ümumi saldosunda 1 milyard 125 milyon dollar kəsir yaranıb. Bu isə ölkəyə daxil olan xarici valyuta həcminin ölkədən çıxan məbləğdən xeyli az olduğunu göstərir.

Ekspertlərin hesablamalarına görə, son 5 ildə ödəmələr balansında bu həcmdə defisit yalnız 2020-ci ilin birinci rübündə, qlobal pandemiya səbəbindən dünya iqtisadiyyatının demək olar ki, tam dayanması dövründə qeydə alınmışdı. Həmin ilin sonuna doğru defisit kəskin şəkildə azalaraq 180 milyon dollara enmişdi. 

2021–2022-ci illərdə isə tədiyyə balansında ümumiyyətlə kəsir müşahidə olunmamışdı.

2024-cü ilin son iki rübündə balans yenidən mənfi zonaya keçmiş və ilin yekununda 620 milyon dollar kəsir yaranmışdı.

Müstəqil ekspertlər bildirirlər ki, 2025-ci ildə tədiyyə balansının defisiti artıq ardıcıl xarakter alıb və həcmi sürətlə artıb. Belə ki, ilin ilk yarısında 248 milyon dollarlıq kəsir qeydə alınmışdısa, 9 ayın yekununda bu məbləğ 1 milyard 125 milyon dollara çatıb. Təkcə ilin birinci rübündə isə 413 milyon dollarlıq defisit yaranmışdı.

Bəs bu şəraitdə ölkənin valyuta ehtiyatlarının artımı necə izah olunur? 

Ekspertlərin sözlərinə görə, Neft Fondunun ehtiyatlarındakı artım tədiyyə balansındakı müsbət dəyişikliklərlə deyil, dünya bazarında qızılın qiymətinin kəskin bahalaşması ilə bağlıdır. Yəni reallıqda ölkənin xarici valyuta ehtiyatları iqtisadiyyatın xarici valyuta gəlirlərinin artımı hesabına deyil, mövcud aktivlərin bazar dəyərinin yüksəlməsi nəticəsində çoxalıb.

Mərkəzi Bankın hesabatından görünür ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayında cari hesabın müsbət saldosu təxminən 1 milyard dollar azalaraq 3 milyard dollara enib. Turizm xidmətləri üzrə həm ixrac (1,5 milyard dollar), həm də idxal (1,2 milyard dollar) göstəriciləri demək olar ki, dəyişməz qalıb.

Xaricdən ölkəyə göndərilən pul köçürmələrinin həcmi də hər iki il üzrə təxminən eyni səviyyədə olub – 850 milyon dollar.

Eyni zamanda maliyyə hesabının defisiti təxminən 500 milyon dollar artaraq 4 milyard dollara çatıb. Bu artım Azərbaycanın həm neft-qaz, həm də qeyri-neft sektorları üzrə xaricdə əldə etdiyi aktivlərin həcminin yüksəlməsi ilə izah olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Milli Onkologiya Mərkəzi 35 milyon manatlıq tender keçirib 

17 İyul 2026

Açıq mənbə

Milli Onkologiya Mərkəzi təxminən 35 milyon manat dəyərində tender keçirib.  Elektron tender portalında iyulun 9-da yayımlanan məlumata görə, sözügedən tenderi “Azəri Med” adlı şirkət qazanıb. Məlumata əsasən, mərkəz şirkətə dərman preparatları, laborator reagentlər, sərf materialları və sarğı ləvazimatlarının satın alınması müqabilində 34 milyon 961 min 987 manat ödəməlidir.  "Azadlıq Radiosu"nun xəbərinə görə, 2025-ci ilin mayında da mərkəz 36 milyon manatlıq tenderi bu şirkətə verib. 2024-cü ilin mayında isə eyni şirkət 29 milyon 829 min 766 manatlıq tenderin qalibi elan edilib.  Mətbuatda "Azəri Med”in sahibinin deputat Kəmaləddin Qafarov olduğu barədə iddialar var. K.Qafarov parlamentdə təmsil olunana qədər Milli Onkologiya Mərkəzində baş...
İqtisadiyyat

Gömrük Xidmətinin rəhbərinə ünvanlanmayan vacib sual

29 İyun 2026

Açıq mənbə

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun hökumətə yaxın media qurumlarına verdiyi son müsahibədə müxtəlif mövzular müzakirə edilib. Lakin müsahibə zamanı tərəflərin heç biri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Orta Dəhlizlə bağlı yeni açıqladığı hesabatda yer alan mühüm və problemli məqamlara toxunmayıb. Söhbət OECD-nin hazırladığı və 2026-cı ildə yayılan “İqtisadi dəhlizlər çərçivəsində əlaqələrin qiymətləndirilməsi: Trans-Xəzər Nəqliyyat Dəhlizi nümunəsi" hesabatdan gedir. Sənəd Ş.Bağırovdan fərqli olaraq hazırda Azərbaycanda gömrük-sərhəd sistemində rəqəmsal texnologiyaların tətbiqi ilə yanaşı başqa ciddi problemlərə də diqqət ayırmağı vacib sayır. İlk növbədə söhbət xarici ticarət qaydaları ilə bağlı məlumatların bütün maraqlı tərəflər üçün əlçatanlığından gedir. Burda məlumatlar dedikdə, zəruri...

Seçilmiş Videolar

Toplum TV loqo