İqtisadiyyat

Adambaşı ÜDM-ə görə MDB-də Ermənistan 3-cü, Azərbaycan 5-ci yerdədi

9 Yanvar, 2025
166

açıq mənbədən götürülüb

Əsas sosial-iqtisadi göstəricilərinə görə Azərbaycanın MDB-də yeri haqda məlumatlar

MDB Statistika Qurumu Birliyə üzv olan ölkələr üzrə 2020-2023-cü illər üzrə sosial-iqtisadi göstəricilərə dair hesabatlar açıqlayıb. Ən vacib göstəricilərə görə Azərbaycan 10 ölkə arasında hansı yerdə qərarlaşır?

Adambaşı ÜDM-ə görə 9 ölkə arasında 5-ci yer

Bu göstəricilərlə bağlı Türkmənistan istisna olmaqla 9 ölkə üzrə məlumat açıqlanıb və 2023-cü ilin sonuna bu ölkələr üzrə adambaşına ÜDM məbləği aşağıdakı kimi olub:

 

·         Rusiya – 13900 dollar;

·         Qazaxıstan – 13194 dollar;

·         Ermənistan – 8126 dollar;

·         Belarus -  7845 dollar;

·         Azərbaycan – 7126 dollar;

·         Moldova - 6730 dollar;

·         Özbəkistan – 2790 dollar;

·         Qırğızıstan- 1970 dollar;

·         Tacikistan – 1184 dollar;

 

Göründüyü kimi, Qazaxıstan və Rusiyada adambaşına ÜDM-nin məbləği  Azərbaycanla müqayisədə 2 dəfə, Tacikistanla müqayisədə az qala 11 dəfə yüksəkdir.

Nominal əmək haqqı səviyyəsinə görə 10 ölkə arasında 7-ci yer

Nominal əmək haqqının məbləğinə görə də Rusiya və Qazaxıstan liderlik edir və ölkələr üzrə nəticələr aşağıdakı kimidir:

 

·         Rusiya – 884 dollar;

·         Qazaxıstan – 798 dollar;

·         Ermənistan – 688 dollar;

·         Moldova - 672 dollar;

·         Belarus -  638 dollar;

·         Türkmənistan 633 dollar;

·         Azərbaycan – 549 dollar;

·         Qırğızıstan- 360 dollar;

·         Özbəkistan – 324 dollar;

·         Tacikistan –186 dollar;

 

Bu siyahıda Moldovanın göstəricisi daha maraqlı görünür -  adambaşına ÜDM məbləğinə görə daha aşağı sırada dayanmasına baxmayaraq, orta əmək haqqı göstəricisi daha yüksəkdir. Bu, ölkədə muzdlu işçilərin xeyrinə milli gəlirin bölgüsünün  daha ədalətli olduğuna işarədir.

Minimum əmək haqqı səviyyəsinə görə 10 ölkə arasında 3-cü yer

Bu göstərici üzrə siyahının liderləri isə Türkmənistan və Moldovadır.

·         Türkmənistan – 331 dollar;

·         Moldova 226 dollar;

·         Azərbaycan – 203 dollar;

·         Ermənistan – 185 dollar;

·         Rusiya – 175 dollar;

·         Belarus -  174 dollar;

·         Qazaxıstan – 153 dollar;

·         Özbəkistan – 85 dollar;

·         Tacikistan –55 dollar;

·         Qırğızıstan- 26 dollar;

 

Əhalinin mənzil təminatına görə Azərbaycanın göstəriciləri aşağıdır

2023-cü ilin yekunlarına görə, əhalinin hər nəfərinə düşən mənzil sahəsinə görə, Azərbaycan 10 ölkə arasında 7-ci yerdədir.

 

·         Ermənistan – 36,4 kv/metr;

·         Moldova -  35,3 kv/metr;

·         Belarus -  29,9 kv/metr;

·         Rusiya –   28,8 kv/metr;

·         Qazaxıstan –23,9 kv/metr;

·         Türkmənistan – 23,2 kv/metr;

·         Azərbaycan – 22,6 kv/metr;

·         Özbəkistan – 19 kv/metr;

·         Qırğızıstan- 12,7 kv/metr;

·         Tacikistan – 10,9 kv/metr;

2023-cü ildə əhalinin hər 10 000 nəfəri hesabı ilə tikilib istifadəyə verilmiş mənzillərin say göstəricisinə görə də Azərbaycan MDB ölkələri arasında heç də yaxşı vəziyyətdə deyil.  Həmin göstəriciyə görə Birliyə üzv ölkələrin sıralaması aşağıdakı kimidir:

 

·         Rusiya –   99 mənzil;

·         Qazaxıstan –81 mənzil;

·         Belarus -  52 mənzil;

·         Moldova -  31 mənzil;

·         Qırğızıstan- 23 mənzil;

·         Azərbaycan – 22 mənzil;

·         Özbəkistan – 21 mənzil;

·         Ermənistan – 18 mənzil;

·         Tacikistan – 16 mənzil;

Nəzərə almaq lazımdır ki, Azərbaycan qeyd olunan göstəricilərə görə, kiçik istisnalarla iqtidisadi inkişaf səviyyəsinə görə üçüncü dünya ölkələri ilə müqayisə edilir.

Ölkəni 30 ildən çox idarə edən bir siyasi hakimiyyətin hədəfi inkişaf etmiş dünya olmayanda, iqtisadiyyat bu qədər irəliləyə bilir.

Başqa sözlə, niyyətin hara, mənzilin də ora...

Toplum TV

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

DSK minik avtomobillərinin qiymətinin artmadığını, Gömrük Komitəsi idxalın 13%  bahalandığını deyir

13 Yanvar 2025

açıq mənbədən götürülüb

Dövlət Statistika Komitəsinin qiymət müşahidəsilə bağlı hesabatına görə (noyabr 2024), son bir ildə minik avtomobillərinin qiyməti cəmi 0,6% artıb - 2023-cü ilin noyabrında bir minik avtomobilinin orta dəyəri 39,77 min manat olmuşdusa, tam bir il sonra həmin məbləğ 40,02 min manat təşkil edib. Amma diqqət çəkən vacib bir məqam var - ölkəyə xaricdən gətirilən minik avtomobillərinin idxal dəyəri 13,3% artıb. Qeyd oluna bilər ki, bəlkə, doğrudan da, insanların bir-birinə satdığı köhnə, ikinci əl maşınlara tələbat getdikcə azaldığı üçün onların qiyməti da ucuzlaşır və bu amil orta qiymət artımına təsir edir.  Amma məsələ burasındadır ki, inflyasiya ölçümündə yalnız rəsmi satış və...
İqtisadiyyat

Kasıb Gürcüstanın avtomobil parkı zəngin Azərbaycanın parkından daha yaxşı vəziyyətdədir 

11 Yanvar 2025

Report.az

Gürcüstanın Milli Statistika Xidməti bu ölkənin avtomobil parkı ilə bağlı ən son məlumatları açıqlayıb. Məlum olur ki, neft-qazla zəngin Azərbaycanla müqayisədə iqtisadi baxımdan daha zəif bu ölkənin avtomobil parkının vəziyyəti, eləcə də əhalinin avtobillə təminatı səviyyəsi bizdəkindən daha yaxşı vəziyyətdədir. Avtomobillərin istismar müddətinə görə parkın yaş strukturu Hər iki ölkənin statistika qurumlarının açıqladığı məlumatlar belədir: Azərbaycanda 1,725 milyon ədəd avtomobil var,  1,502 milyon ədədi minik avtomobilləridir. Gürcüstanda isə 1,752 milyon ədəd avtomobil var, 1,412 milyon ədədi minik avtomobilləridir. Azərbaycan statistikasına görə, istismarda olana bütün avtomobillərin 85,3%-nin istismar müddəti 10 ildən çoxdur. Gürcüstanda həmin göstərici 83% təşkil edir. 5-10 il arası...

Seçilmiş Videolar

Toplum TV loqo