Kasıb Gürcüstanın avtomobil parkı zəngin Azərbaycanın parkından daha yaxşı vəziyyətdədir
Report.az
Gürcüstanın Milli Statistika Xidməti bu ölkənin avtomobil parkı ilə bağlı ən son məlumatları açıqlayıb. Məlum olur ki, neft-qazla zəngin Azərbaycanla müqayisədə iqtisadi baxımdan daha zəif bu ölkənin avtomobil parkının vəziyyəti, eləcə də əhalinin avtobillə təminatı səviyyəsi bizdəkindən daha yaxşı vəziyyətdədir.
Avtomobillərin istismar müddətinə görə parkın yaş strukturu
Hər iki ölkənin statistika qurumlarının açıqladığı məlumatlar belədir:
Azərbaycanda 1,725 milyon ədəd avtomobil var, 1,502 milyon ədədi minik avtomobilləridir.
Gürcüstanda isə 1,752 milyon ədəd avtomobil var, 1,412 milyon ədədi minik avtomobilləridir.
Azərbaycan statistikasına görə, istismarda olana bütün avtomobillərin 85,3%-nin istismar müddəti 10 ildən çoxdur. Gürcüstanda həmin göstərici 83% təşkil edir.
5-10 il arası istismar müddəti olan avtomobillər Azərbaycanda 9,4%, Gürcüstanda 12,1% təşkil edir. Yalnız 5 ilə qədər istismar müddəti olan avtomobillərin payı Azərbaycanda bir qədər yüksəkdir – 5,3% (Gürcüstanda 4,9%).
Gürcüstanın avtomobil parkı ilə bağlı statistikasının əsas üstünlüyü odur ki, həm də illər üzrə avtomobillərin sayı barədə məlumatlar açıqlanır. Məsələn, 2010 və ya 2015-ci illər üzrə statistikanı bilmək istəyənlər bu məlumatı qurumun saytından götürə bilər.
Hazırda Gürcüstan yollarında şütüyən avtomobillər içərisində ən yüksək pay 2012-ci il istehsalı olan maşınlara aiddir – 13,2%. Ümumilikdə Gürcüstanın avtoparkının 55%-i 2010-2015-ci illərdə istismara verilmiş nəqliyyat vasitələridir.
Gürcüstanda əhalinin hər 1000 nəfərinə düşən avtomobilin sayı Azərbaycanda olandan 2,6 dəfə çoxdur
Müasir dünyada avtomobil təminatı əhalinin rifahını ölçməyə imkan verən mühüm göstəricilərdən biridir. Ən son statistikaya görə, Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən minik avtomolillərin sayı 148, Gürcüstanda 381 ədəddir (2.6 dəfə çox). Azərbaycanda hər 6 nəfərdən biri, Gürcüstanda isə hər 3 nəfərdən biri minik avtomobilinə sahibdir.
Mümkündür ki, Azərbaycanda 10%-in - ən zəngin ailələrin avtomobilləri modellərinə və dəyərinə görə Gürcüstanla müqayisədə çox öndə olsun. Amma ümumi saya baxanda görünür ki, yerdə qalan əhali qruplarının avtomobilə sahibolma göstəricisi Azərbaycandan daha yüksəkdir. Bu onun nəticəsidir ki, iki ölkəni müqayisə etdikdə ictimai sərvətlərin ədalətli bölgüsündə Gürcüstan daha yaxşı vəziyyətdədir. Çünki orta statistik vətəndaşın zənginliyi ölkənin sahib olduğu sərvətlərin həcmindən daha çox, onun nə dərəcədə ədalətli bölüşdürülməsindən asılıdır.
Modellərə görə avtoparkların müqayisəsi nə göstərir?
Gürcüstanda hibrid və elektrikli avtomobillərin ümumi parkda xüsusi çəkisi 9,1%, Azərbaycanda isə təxminən 3% təşkil edir.
Hansı modelin üstünlük təşkil etməsinə gəlincə, Gürcüstanda ilk 5 yerdə “Mercedes” (156,6 min ədəd), “Ford” (110,7 min ədəd), “Opel” (106,6 min ədəd), “Toyota” (87,8 min ədəd) və VAZ-dır (81,8 min ədəd). Bu markalardan olan avtomobillərin sayı ümumi parkın 30%-i qədərdir. Sonrakı 5 yeri də qabaqcıl modellər (BMW, “Volkswagen”, “Nissan”, “Honda” və “Mitsubishi”) tutur. Bu modellərin ümumi sayı 255 min ədədə yaxındır.
Azərbaycanda modellərə görə bölgü bütün park üzrə deyil, yalnız minik avtomobilləri üzrə aparılır. Statistikaya görə, birinci yerdə VAZ-dır (400 min ədəd, minik avtomobilləri parkının 26%-i). İlk 5-liyin digər 4 markası isə bunlardır: “Mercedes” (216,8 min ədəd), “Hyundai” (126,1 min ədəd), “Toyota” (104,6 min ədəd), KİA (84,3 min ədəd) və “Opel” (72 min ədəd). İlk 5-likdəki markalar bütün parkın 70%-ə qədərini formalaşdırır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
DSK minik avtomobillərinin qiymətinin artmadığını, Gömrük Komitəsi idxalın 13% bahalandığını deyir
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?