İqtisadiyyat

AZCON yaradıldı - metropolitendən AZAL-adək yeni holdinqin nəzarətində 

8 Noyabr, 2024
612

maşet.az

Prezident İlham Əliyev "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Başqa bir fərmanla Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, həmçinin dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı təsdiq edilib.

AZCON-a daxil olacaq qurumlar bunlardır: “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları", “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Metropoliteni”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lər, “BakuBus” və “Bakı Gəmiqayırma Zavodu” MMC-lər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Kosmik Agentlik ("Azərkosmos"), “Aztelekom”, "Azerbaijan International Telecom” (AzInTelecom)”, “Azərpoçt”, “Bakı Taksi Xidməti” MMC-lər, “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi, eləcə də ilk 8 hüquqi şəxsin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslər və müəssisələrdir.

Fərmanda bu addımın onların "vahid prinsiplərə uyğun idarə olunması, təkmilləşdirilməsi, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının yaxşılaşdırılması" məqsədilə atıldığı bildirilir.

İlham Əliyev AZCON-un Müşahidə Şurasının tərkibinin təsdiqlənməsi haqqında da sərəncam imzalayıb. Şuraya rəqəmsal inkişaf və nəqliyyat naziri rəhbərlik edəcək.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Azərbaycanda bəzi siqaretlər bahalaşdı

23 İyul 2025

Foto: açıq mənbə

Bu gündən Azərbaycanda bəzi tütün məmulatlarının qiymətinin bahalaşdığı bildirilir. Bu barədə “Trend”-ə siqaret satışı ilə məşğul olan şəxslər məlumat verib. Bildirilib ki, artıq bu barədə siqaret satışını həyata keçirən şirkətlər onları məlumatlandırıb. Məlumata görə, “Keno” markalı siqaretlərin “boz nazik” və kompakt çeşidinin qiyməti 0,20 qəpik bahalaşıb. Ötən ilin dekabrın 27-də Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, tütün və bu qəbildən olan məhsullara tətbiq edilən aksiz dərəcələri artırılmışdı. 2025-ci ilin yanvar ayından etibarən aksiz rüsumlarının artırılması qüvvəyə mindi.
İqtisadiyyat

Rayonlar üzrə müəllim sayı niyə “dövlət sirri” kimi gizli saxlanır?

11 İyul 2025

Foto: edu.gov.az

Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin məvaciblərinin məbləği ilə bağlı açıqladığı statistika çox vacib olan, ictimaiyyətdən gizlədilən başqa bir önəmli statistikanın əhəmiyyətini yenidən diqqət mərkəzinə gətirib.  Söhbət ölkənin rayon və şəhərləri üzrə orta məktəb müəllimlərinin sayından gedir. Açıq statistik mənbələrdə bölgələr üzrə həm şagirdlərin, həm də məktəblərin sayı barədə müntəzəm rəqəmlər açıqlanır. Amma  müəlimlərin sayı açıq informasiya kimi cəmiyyət üçün əlçatan deyil.    Emin Əmrullayevin son açıqlamasına görə, ölkədə bütün orta məktəb müəllimlərinin 14 faizi və ya 17 min nəfərinin aylıq maaşı 500 manatdan aşağıdır. Bu kateqoriyadakı müəllimlərin dərs yükü 8 saatdır.  Halbuki, qanunvericiliyə görə, tam stavka ilə işləmək...

Seçilmiş Videolar

Toplum TV loqo