İqtisadiyyat

Trampın tarifləri dünya iqtisadiyyatına necə təsir edir?

9 Aprel, 2025
318

Euronews.com

ABŞ Prezidenti Donald Trampın aprelin 2-də elan etdiyi yüksək səviyyəli tariflər bu gündən qüvvəyə minir. Amma onlar hətta qüvvəyə minməmişdən dünya iqtisadiyyatına təsir etməyə başlayıblar. 

Yüksək səviyyəli tariflərə Çin məhsullarına qoyulan 104, Kambodiya məhsullarına 49, Vietnam məhsullarına isə 46 faizlik tariflər daxildir. 

Avropa İttifaqı ölkələrindən idxal olunan məhsullara isə 20 faizlik tarif tətbiq olunacaq. 

Əksər ölkələrə isə minimum 10 faizlik tariflər tətbiq olunub və aprelin 5-dən qüvvəyə minib. 

Tarif tətbiq edilən ölkələr siyahısında Antraktika yaxınlığında yerləşən və pinqvinlərin məskunlaşdığı Herd və Mkdonald adalarının da olması gülüşə səbəb olub. 

Sosial media istifadəçiləri sarkazmla pinqvinlərin amerikalı vergi ödəyicilərini soyduğunu, onların qarşısını almaq vaxtının gəldiyini yazıblar. 

Azərbaycan da 10 faizlik tariflər tətbiq olunan ölkələr sırasındadır.

Yerli iqtisadçılar tariflərin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyət kəsb etməyəcəyini düşünür. 

İqtisadçı və Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli sosial media hesabında bildirib ki, 2024-cü ildə Azərbaycan ABŞ-a cəmi 135 milyon dollarlıq mal ixrac edib, ABŞ-dan Azərbaycana isə 1 milyard 617 milyard dəyərində məhsul idxal olunub. 

İndi 10 faiz tarif tətbiq olunsa, bu əlavə 13,5 mln. dollar edir ki, ölkənin “boru iqtisadiyyatı” üçün təsirsizdir - yəni, biz nə istehsal edib satırıq, özü də ABŞ-a satırıq ki, tariflərin də təsiri olsun?!”, o qeyd edib. 

Buna baxmayaraq, dünya iqtisadiyyatında təsirlər artıq hiss olunmaqdadır. Trampın tarifləri elan etməsindən bəri dünya birjaları dəyər itirməyə davam edir. 

“The Wall Street Journal” xəbər verir ki, ABŞ səhmləri ötən həftə 6,6 trilyon dollar dəyər itirib. Ən güclü zərbələr isə Asiya birjalarına dəyib. Analitiklər Asiya səhm birjalarında müşahidə olunan çöküşlərin son on illiklərdə görülmədiyini deyirlər. 

Aprelin 7-i sosial mediada Trampın tarifləri bir neçə aylıq dayandıracağına dair xəbərin yayılması səhm birjalarının dəyərini müvəqqəti artırıb. Lakin Ağ Ev rəsmisinin xəbəri yalanlamasından sonra onlar dəyər itirməyə davam edib. 

Tramp isə birjaların dəyər itirməsinə baxmayaraq tarifləri davam etdirməkdə israrlıdır. 

Ölkələr tarif barəsində razılığa gəlmək üçün özlərini öldürürlər. Zəng edib mənim arxamı öpürlər”, o, aprelin 8-i Vaşinqtonda çıxış edərkən deyib. 

Prezident aprelin 6-da jurnalistlərə deyib ki, birjaların dəyər itirməsini istəmir, amma “hərdən nəyisə düzətmək üçün dərman atmaq lazımdır”. 

Tramp tarifləri ABŞ iqtisadiyyatını dirçəltmək istəyi ilə əsaslandırır. O deyir ki, bununla amerikalı alıcılar yerli məhsullar almağa təşviq olunacaq və ölkəyə investisiya artacaq. O, həmçinin başqa ölkələrlə olan ticarət kəsirlərini tariflərin sayəsində bağlamaq istəyir. 

Biz illərlə çoxlu ölkələr tərəfindən soyulmuşuq və istifadə olunmuşuq. Biz buna imkan verə bilmərik”, Tramp aprelin 7-i Ağ Evdə jurnalistlərə deyib. 

Tramp illərdir ki, bu iddianı səsləndirib və birinci prezidentliyi dövründə də, indiki səviyyələrdə olmasa belə, müəyyən ölkələrə tariflər tətbiq edib. ABŞ-ın başqa ölkələr tərəfindən soyulması iddiası son prezidentliyə namizədlik kampaniyasında da onun əsas mesajlarından biri olub. 

Mənə görə lüğətdə ən gözəl söz tarifdir, bu mənim ən sevimli sözümdür”, Tramp 2024-cü ildə namizəd kimi çıxışında deyib və əlavə edib: “Başqa ölkələrlə imzalanan ticarət razılaşmalarına baxıram, deyirəm bunları kim imzalayıb?”

İqtisadçılar isə tariflərin ABŞ-ın ticarət kəsirlərini qapamayacağını deyir, çünki ticarət kəsirləri fiskal siyasətdən qaynaqlanır. 

ABŞ-da ticarət kəsiri var, çünki böyük, ÜDM-in təxminən 5,5%-i həcmində maliyyə kəsiri var və digər zəngin ölkələrlə müqayisədə xeyli yüksəkdir. Əgər Tramp həqiqətən ABŞ-ı ticarət balansına doğru hərəkət etdirmək istəyirsə, o, bu məsələni həll etməlidir”, Londonun Kral Kollecinin professoru Ceyms Skot yazır. 

Aprelin 5-də Trampın tarif siyasəti və ümumi idarəetməsinə qarşı ABŞ-ın bütün ştatlarında etirazlar baş tutub. Təşkilatçılar milyonlarla insanın etiraz etdiyini bildiriblər. 

Heç bir əxlaqlı insan hər şeyin qiymətini, amma heç bir şeyin dəyərini bilməyən, iqtisadiyyatı çökdürən diktator istəmir”, paytaxt Vaşinqtondakı etirazda çıxış edən Konqres üzvü Ceymi Raskin deyib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

İqtisadçı: Çirklənməyə baxmayaraq Avropanın Azərbaycan neftindən imtina şansı yoxdur

22 Avqust 2025

Foto: president.az

İyul ayında Xəzər dənizində neft hasilatı aparan “British Petroleum” (“BP”) şirkəti Azərbaycan neftində çirklənmə aşkarlandığını bildirmişdi.  Şirkətdən “Bloomberg” agentliyinə verilən məlumatda göstərilirdi ki, Azərbaycandan Avropa ölkələrinə nəql olunan bəzi neft partiyalarında orqanik xlorid adlanan maddə aşkarlanıb. “Əgər bu maddə böyük miqdarda olarsa, neft emalı zavodlarına və avadanlıqlara zərər verə bilər”, - xəbərdə deyilirdi.  Avqustun 4-də isə Rumıniya hökuməti Azərbaycandan gətirilmiş çirklənmiş xam neft səbəbilə fövqəladə vəziyyət elan edib. Ruminiya Energetika Nazirliyinin açıqlamasına görə, yerli “OMV Petrom” şirkəti 16–18 iyul tarixlərində Türkiyənin Ceyhan limanından yüklənmiş 92 min tonluq Azərbaycan nefti partiyasını qəbul edib. Yüklərin boşaldılması zamanı aparılan yoxlamalar xam neftin xloridlər...
İqtisadiyyat

DGK: Azərbaycan bu il 19 ölkəyə 14 mln. tondan çox neft ixrac edib

18 Avqust 2025

Foto: açıq mənbə

Bu ilin ilk 7 ayında Azərbaycan İtaliyaya 4,42 milyard dollar dəyərində 8,43 milyon ton neft ixrac edib.  Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında yenə də birinci yerdə qərarlaşıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb.  Hesabat dövründə bu ölkəyə 547 milyon dollar dəyərində 1,02 milyon  ton neft ixrac edilib. Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutur. 2025-ci ilin yanvar-iyul aylarında bu ölkəyə 450 milyon dollar dəyərində 827 min ton neft ixrac edilib. Məlumata əsasən, qeyd olunan göstəricilər hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatları əhatə edir. Siyahıdan...

Seçilmiş Videolar

Toplum TV loqo