İqtisadiyyat

Xaricdən ən çox borc alan dövlət qurumu hansıdır?

13 Fevral, 2025
455

açıq mənbədən götürülüb

Bu ilin 1 yanvar tarixinə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 5 milyard 129,7 milyon dollar olub.

Maliyyə nazirliyi xəbər verir ki, xarici dövlət borcu ötən ilin əvvəli ilə müqayisədə 1 milyard 331,5 milyon dollar və ya 20,6% azalıb.

Bildirilir ki, xarici dövlət borcunun 41,7%-i büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən cəlb edilib.

Xaricdən borc alan əsas dövlət qurumlarının siyahısı aşağıdakı kimidir:

- Maliyyə Nazirliyi – 2 milyard 137,6 milyon dollar (41,7%);

- Avtomobil Yolları Dövlət Agentliyi – 979,8 milyon dollar (19,1%);

- Dövlət Su Ehtiyatları Agentliyi – 714,3 milyon dollar (13,9%);

- “Azərbaycan Dəmir Yolları” QSC – 708,6 milyon dollar (13,8%);

- NMR Meliorasiya və Su Təsərrüfatı Agentliyi – 192,1 milyon dollar (3,7%);

- Kənd Təsərrüfatı Nazirliyi – 128,7 milyon dollar (2,5%);

- Digər dövlət qurumları – 268,6 milyon dollar (5,3%)


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycanda büdcə gəlirləri 344 milyon manat azalıb

12 Fevral 2026

Foto: açıq mənbə

Maliyyə Nazirliyi 2026-cı ilin ilk ayı üzrə dövlət büdcəsinin gəlirləri ilə bağlı məlumatları açıqlayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə büdcə gəlirləri 344 milyon manat və ya 8,5 faiz azalıb. Belə ki, 2026-cı ilin yanvarında dövlət büdcəsinin ümumi daxilolmaları 3,707 milyard manat təşkil edib, halbuki 2025-ci ilin yanvarında bu göstərici 4,051 milyard manat idi. Dövlət Gömrük Komitəsinin ödənişləri 487 milyon manat səviyyəsində qalıb və əvvəlki illə müqayisədə dəyişməyib. Dövlət Vergi Xidmətinin büdcəyə topladığı vəsait isə 2,050 milyard manat olub ki, bu da ötən ilin eyni ayına nisbətən 210 milyon manat və ya 10 faiz azdır. Dövlət Neft Fondunun büdcəyə transfertləri...
İqtisadiyyat

2025-ci ildə Azərbaycanın turizm gəlirləri azalıb: 6 illik bağlı sərhədlər sektoru zəiflədib

12 Fevral 2026

Foto: açıq mənbə

Hər hansı bir ciddi arqument olmadan uzun bir dövr ərzində ölkəyə giriş-çıxışın ciddi şəkildə məhdudlaşdırılmasının əvəzini turizm sektoru ödəyir. Artıq altı ildir quru sərhədləri bağlı saxlanması göstərir ki, hökumətin turizmi iqtisadiyyatın prioritet sektorlarından biri elan etməsi kağız üzərində bəyanatlardan başqa bir şey deyil. Rəsmi statistikanın 2025-ci ilin yekunları üzrə açıqladığı məlumata görə, Azərbaycana turizm məqsədilə gələn əcnəbilərin sayı 2024-cü illə müqayisədə üç faizə yaxın və ya 51 min nəfər azalaraq 1,804 milyon nəfərə enib. Öz növbəsində, bu pandeniyadan öncəki dövrlə (2019-cu il) müqayisədə təxminən 1,1 milyon nəfər yaxud 59 faiz aşağı göstəricidir. Həmin dövrdə ölkəyə turizm məqsədlilə gələn əcnəbilərin ümumi...

Seçilmiş Videolar

Toplum TV loqo