Manşet

Azərbaycanda siyasi məhbus hesab edilənlərin sayı 392-yə yüksəlib

7 Oktyabr, 2025
97

Foto: açıq mənbə

"Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq" ölkədə siyasi məhbus sayılan şəxslərin yeni siyahısını açıqlayıb. Siyahıya 392 nəfərin adı daxil edilib.

Bu rəqəm birliyin 2025-ci ilin iyununda təqdim etdiyi siyahı ilə müqayisədə 18 nəfər çoxdur.

Siyahını hüquq müdafiəçiləri - Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinq Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov “siyasi məhbus anlayışının Avropa Şurası Parlamentlər Assambleyası tərəfindən müəyyən edilmiş meyarları əsasında" tərtib ediblər. 

Yenilənmiş siyahıdakı siyasi məhbus sayılanlar 12 qrupda təsnif ediliblər. Bunlar jurnalistlər və blogerlər (31 nəfər), hüquq müdafiəçiləri (7), müxalif partiya və vətəndaş cəmiyyətinin üzvləri (39), milli azlıqların fəalları (5), müharibə əleyhinə fəallar (2), "Söyüdlü işi" üzrə həbs edilənlər (2), Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər (5), "İmişli işi" üzrə həbs olunanlar (19), dindarlar (249), "Tərtər işi" üzrə məhkum olunanlar (8), "Gəncə işi" üzrə məhkumlar (13) və ömürlük azadlıqdan məhrum edilənlərdir (12). 

Bu dövr ərzində jurnalist və ictimai fəal Anar Abdulla, "Kanal21.az" səhifəsinin idarəçisi İlhami Nəsibov, İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Cəfərli və 9 dindar fəal həbs edilib. 

Bundan əlavə, "İmişli işi" üzrə məhkəmə prosesi başa çatıb və məhkəmənin hökmü ilə 19 nəfər azadlıqdan məhrum edilib.  

Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda siyasi məhbusların azad olunmasına çağırışlar edir.
Rəsmi Bakı isə, bir qayda olaraq, ölkədə siyasi məhbusların olmadığını bildirir, yerli və beynəlxalq təşkilatların mövqeyini rədd edirlər. 

Rəsmilərə görə, Azərbaycanda siyasi məhbus siyahılarına daxil edilən şəxslər sırf törətdikləri əmələ görə mühakimə olunublar.

Prezidentin imzaladığı son iki əfv sərəncamına siyasi məhbus hesab edilən bir şəxs belə düşməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Fərid İsmayılov üç gündür aclıq aksiyası keçirir

8 Oktyabr 2025

Foto: sosial media

"Toplum TV"-nin həbsdə olan əməkdaşı Fərid İsmayılov təcridxanada aclıq aksiyasına başlayıb. Bu barədə onun anası "Toplum TV"-yə məlumat verib. O bildirib ki, oğlu oktyabrın 6-dan etibarən aclıq edir. F. İsmayılov telefon danışığında anasına bildirib ki, yan kamerada saxlanılan Seymur adlı məhbusun ölüm təhdidləri təcridxana rəhbərliyi tərəfindən etinasızlıqla qarşılanıb. Jurnalisti hədələyən məhbus qısa müddətə başqa kameraya köçürülsə də, daha sonra yenidən öz yerinə qaytarılıb. Bu dəfə isə Fərid İsmayılovun kamerası dəyişdirilib. "Fəridi səkkiz nəfərlik, dolu kameraya aparıblar, yerə matras atıblar ki, burada yat. Onun ciyərlərində problem var, üstəlik istilik sistemi də işləmir. Buna etiraz olaraq o, yatmır, sadəcə yerdə oturur", –...
Manşet

HƏMAS-ın hərbi liderinin ABŞ-nin atəşkəs planını rədd etdiyi deyilir

3 Oktyabr 2025

Foto: açıq mənbə

HƏMAS-ın Qəzzadakı hərbi qanadının rəhbərinin ABŞ-nin yeni atəşkəs planı ilə razılaşmadığı deyilir. “BBC”-nin məlumatına görə, İzzəddin əl-Həddad bu barədə onunla təmas quran vasitəçilərə bildirib. İzzəddin əl-Həddad planın HƏMAS-ı zəiflətmək və aradan qaldırmaq məqsədi daşıdığını düşündüyü üçün mübarizəni davam etdirmək niyyətində olduğunu vurğulayıb. ABŞ Prezidenti Donald Trampın müharibəni bitirmək üçün irəli sürdüyü 20 maddəlik plan İsrail tərəfindən qəbul edilib. Sənəddə HƏMAS-ın silahsızlaşdırılması və Qəzzanın idarəçiliyində rol oynamamasına dair şərtlər yer alır. Məlumata görə, HƏMAS-ın Qətərdəki bəzi siyasi rəhbərləri müəyyən dəyişikliklərlə planı qəbul etməyə açıqdır. Amma onların təsir imkanları məhduddur, çünki girovların taleyi hərbi qanadın əlindədir. Hazırda HƏMAS-ın 48 nəfəri girov saxladığı...

Seçilmiş Videolar

Toplum TV loqo