Məhkəmə

Tural Sadıqlının xalasıoğlu da həbs edilib 

7 Oktyabr, 2025
63

Foto: VOA

Almaniyada yaşayan tənqidçi bloger Tural Sadıqlının xalasıoğlu, eləcə də heyvan haqları fəalı kimi tanınan Elxan Mirzəyev iki ay müddətinə inzibati qaydada həbs olunub. 

Bu barədə "Azadlıq Radiosu" onun ailə üzvlərinə istinadən xəbər yayıb. 

Xəbərdə bildirilir ki, oktyabrın 1-də saxlanılan fəal haqqında iki gün sonra Lerik Rayon Məhkəməsində qərar çıxarılıb. 

Qərara əsasən, E.Mirzəyev İnzibati Xətalar Məcəlləsinin 206-cı (qanunsuz olaraq narkotik maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi və s.) maddəsilə ittiham olunub. 

Ailəsi E.Mirzəyevin ittihamı qəbul etmədiyini bildirib: "Özünü qətiyyən təqsirli bilmir. Məhkəmə qərarından apellyasiya şikayəti veriləcək".

Oktyabrın 1-də saxlanılan E.Mirzəyev yalnız oktyabrın 6-da vəkili və ailəsiylə əlaqə saxlaya bilib. 

Fəalın yaxınları oktyabrın 3-də xəbər yaymışdı ki, fəal Lerik rayonunda yaşadığı evdən mülki geyimli şəxslər tərəfindən aparılıb və onunla əlaqə saxlamaq mümkün olmayıb. 

T.Sadıqlının Azərbaycanda olan ailə üzvlərindən əmisi Elmir Sadıqov da daha əvvəl həbs olunub. 

Oktyabrın 1-də Sabunçu Rayon Məhkəməsində keçirilən iclasda hakim Samirə Məmmədli E.Sadıqov haqqında 2 il yarım azadlıqdan məhrumetmə qərarı verib. 

E.Sadıqov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah-sursat saxlama) maddəsilə təqsirli bilinib. 

E.Sadıqov aprel ayında saxlanılıb. Cinayət işində iddia olunur ki, onun maşınından əl qumbarası tapılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Avropa Məhkəməsi Yalçın İmanovun vəkillikdən xaric edilməsini qanunsuz saydı

7 Oktyabr 2025

Foto: sosial media

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) vəkil Yalçın İmanovun Vəkillər Kollegiyasından xaric edilməsi ilə bağlı qərarını açıqlayıb.  Məlumatı vəkil Fariz Nmazlı sosial media hesabında paylaşıb. Qərara əsasən, Azərbaycan hökuməti Konvensiyanın 10-cu (ifadə azadlığı) və 8-ci (peşə fəaliyyətinə müdaxilə) maddələrini pozub. 2017-ci il noyabrın 20-də Vəkillər Kollegiyası Rəyasət Heyəti Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında Y.İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib. Bununla da Y.İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Y.İmanov müdafiə etdiyi “Müsəlman Birliyi” Hərəkatının sədr müavini, 20 il həbs cəzası alan Abbas Hüseynovun həbsdə işgəncəyə məruz qalması ilə bağlı şikayətini mətbuata çatdırıb. Penitensiar Xidmətin müəssisəsi isə bunu onların nüfuzuna zərbə kimi...
Məhkəmə

Fazil Mustafaya sui-qəsd etdiyi deyilən şəxsin oğlu hakim qarşısında

6 Oktyabr 2025

Foto: Azərtac

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə günahlandırılaraq ömürlük məhkum olunmuş Azər Səricanovun oğlu Əbülfəz Səricanov hakim qarşısına çıxarılıb. “Qafqazinfo”nun məlumatına görə, oktyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Səricanovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.  İclasda təqsirləndirilən şəxsin vəkili Bəxtiyar Hacıyev həbs qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmə istintaqının açıq keçirilməsi və başqa bir neçə vəsatət qaldırıb. Vəsatətlər təmin edilməyib.  İlk baxış iclası oktyabrın 16-na təyin edilib. Ə.Səricanov Cinayət Məcəlləsinin dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq maddəsi ilə ittiham olunur.  Cinayət işində iddia olunur ki, Əbülfəz Səricanov bir neçə dövlət və ictimai xadimin həyatına sui-qəsd hazırlayıb və DTX-nin keçirdiyi...

Seçilmiş Videolar

Toplum TV loqo