Siyasət

İlham Əliyev Vladimir Putini təbrik edib

7 Oktyabr, 2025
23

Foto: Azərtac

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, Əliyev Putini doğum günü münasibətilə təbrik edib.

73 yaşı olan Putin isə təbriklərə görə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparıldığı bildirilir. 

Bu, Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsindən bəri liderlər arasında ilk telefon zəngidir. Onlar sonuncu dəfə ötən ilin dekabrın 25-də AZAL təyyarəsinin qəzaya uğramasından sonra telefonla danışıblar. Putin həmin vaxt qəzanın Rusiya səmasında baş verməsinə görə üzrxahlıq edib.

Əliyev isə həmin vaxt AzTV-yə müsahibəsində bunun yetərli olmadığını demiş və Rusiyanın hadisəyə görə üzr istəməsini, məsul şəxsləri cəzalandırmasını və qurbanların ailələrinə təzminat ödəməsini tələb etmişdi. 

Rəsmi Bakı təyyarənin həmin gün Ukrayna dronlarından qorunan Rusiya hərbi hava qüvvələri tərəfindən vurulduğunu iddia edib. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub.

İyunun 27-də Yekaterinburq şəhərində iki azərbaycanlının ölməsilə nəticələnən reydlərin başlaması ilə münasibətlər daha da gərginləşib. 

Azərbaycanda da bir qrup Rusiya vətəndaşı narkotik ticarəti ittihamı ilə həbs olunub, "Sputnik"in fəaliyyəti isə dayandırılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Paşinyanı “dəlilikdə” suçlayan arxiyepiskop 2 il azadlıqdan məhrum edildi

7 Oktyabr 2025

Foto: açıq mənbə

Erməni kilsəsinin baş yepiskopu Mikael Acapahyan çevrilişə çağırışda təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib.  Hökm Yerevan məhkəməsində elan olunub. Acapahyan Ermənistan Cinayət Məcəlləsinin “dövlət hakimiyyətinin qəsb edilməsinə, ərazi bütövlüyünün pozulmasına və ya konstitusiya quruluşunun zorla devrilməsinə yönəlmiş açıq çağırışlar” maddəsi ilə təqsirli bilinib. Dövlət ittihamçısı ona 2,5 il həbs cəzası tələb edib.  Cinayət işi Acapahyanın bu ilin iyununda və ötən ilin fevralında verdiyi iki müsahibədəki açıqlamaları ilə bağlı başlanılıb.  O, birinci müsahibəsində belə deyib: “Əgər məni dinləyən olsaydı, inqilab çoxdan baş vermişdi. Mən hakimiyyəti dəyişməyin cəmi üç yolunu tanıyıram. Əgər dördüncüsünü bilirsinizsə, mənə deyin. Birinci — seçkilərdir, guya,...
Siyasət

Avropa Şurası nümayəndələri Azərbaycanda məhbuslarla rəftarı araşdırıb

6 Oktyabr 2025

Foto: açıq mənbə

Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edib. Komitənin oktyabrın 6-da yaydığı məlumatda bildirilir ki, səfər sentyabrın 22-dən oktyabrın 3-dək davam edib və bu, Komitənin Azərbaycana altıncı belə səfəri olub. Açıqlamada qeyd olunur ki, səfərin əsas məqsədi hüquq-mühafizə orqanlarının nəzarətində olan şəxslərlə, eləcə də cəzaçəkmə müəssisələrində saxlanılan məhbuslarla rəftarı və onların saxlanma şəraitini araşdırmaq olub. Nümayəndə heyəti, həmçinin, psixiatrik müəssisələrdə saxlanılan şəxslərlə rəftar, onların şəraiti və hüquqi təminatlar məsələlərini də yoxlayıb. Komitə səfəri zamanı əvvəlki illərdə verdiyi tövsiyələrin icrası ilə bağlı Azərbaycan hakimiyyəti tərəfindən görülən tədbirləri də qiymətləndirib. Nümayəndə heyəti səfər çərçivəsində ədliyyə nazirinin müavini Toğrul Hüseynov,...

Seçilmiş Videolar

Toplum TV loqo