Manşet

Fərid İsmayılov üç gündür aclıq aksiyası keçirir

8 Oktyabr, 2025
52

Foto: sosial media

"Toplum TV"-nin həbsdə olan əməkdaşı Fərid İsmayılov təcridxanada aclıq aksiyasına başlayıb.
Bu barədə onun anası "Toplum TV"-yə məlumat verib. O bildirib ki, oğlu oktyabrın 6-dan etibarən aclıq edir.

F. İsmayılov telefon danışığında anasına bildirib ki, yan kamerada saxlanılan Seymur adlı məhbusun ölüm təhdidləri təcridxana rəhbərliyi tərəfindən etinasızlıqla qarşılanıb. Jurnalisti hədələyən məhbus qısa müddətə başqa kameraya köçürülsə də, daha sonra yenidən öz yerinə qaytarılıb. Bu dəfə isə Fərid İsmayılovun kamerası dəyişdirilib.

"Fəridi səkkiz nəfərlik, dolu kameraya aparıblar, yerə matras atıblar ki, burada yat. Onun ciyərlərində problem var, üstəlik istilik sistemi də işləmir. Buna etiraz olaraq o, yatmır, sadəcə yerdə oturur", – anası bildirib.

O əlavə edib ki, oğlunun qanında şəkər azlığı problemi var və aclıq zamanı bu hal daha da şiddətlənib, amma o, aksiyanı dayandırmaqdan imtina edib.

Fərid İsmayılov "Toplum TV işi" üzrə son məhkəmə prosesində də ölüm təhdidlərinə məruz qaldığını deyib və bunun təxribat olduğunu bildirib. O, təcridxana rəhbərliyindən məsələni araşdırmağı tələb edib.
F.İsmayılovun anasına Ədliyyə Nazirliyinin qaynar xətti və Ombudsman Aparatı tərəfindən müraciətin araşdırılacağı bildirilib.

Beynəlxalq mətbuat azadlığı təşkilatı Jurnalistləri Müdafiə Komitəsi (CPJ) də jurnalistə qarşı ölüm təhdidlərindən narahatlıq ifadə edib.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə qarşı cinayət işi açılıb. Onlar arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, həmtəsisçi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalistlər Fərid İsmayılov və Şahnaz Bəylərqızı da var.

İttihamlar əvvəlcə qaçaqmalçılıq maddəsi ilə irəli sürülsə də, sonradan ağırlaşdırılıb.
Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Azərbaycanda siyasi məhbus hesab edilənlərin sayı 392-yə yüksəlib

7 Oktyabr 2025

Foto: açıq mənbə

"Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq" ölkədə siyasi məhbus sayılan şəxslərin yeni siyahısını açıqlayıb. Siyahıya 392 nəfərin adı daxil edilib. Bu rəqəm birliyin 2025-ci ilin iyununda təqdim etdiyi siyahı ilə müqayisədə 18 nəfər çoxdur. Siyahını hüquq müdafiəçiləri - Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinq Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov “siyasi məhbus anlayışının Avropa Şurası Parlamentlər Assambleyası tərəfindən müəyyən edilmiş meyarları əsasında" tərtib ediblər.  Yenilənmiş siyahıdakı siyasi məhbus sayılanlar 12 qrupda təsnif ediliblər. Bunlar jurnalistlər və blogerlər (31 nəfər), hüquq müdafiəçiləri (7), müxalif partiya və vətəndaş cəmiyyətinin üzvləri (39), milli azlıqların fəalları (5), müharibə əleyhinə...
Manşet

HƏMAS-ın hərbi liderinin ABŞ-nin atəşkəs planını rədd etdiyi deyilir

3 Oktyabr 2025

Foto: açıq mənbə

HƏMAS-ın Qəzzadakı hərbi qanadının rəhbərinin ABŞ-nin yeni atəşkəs planı ilə razılaşmadığı deyilir. “BBC”-nin məlumatına görə, İzzəddin əl-Həddad bu barədə onunla təmas quran vasitəçilərə bildirib. İzzəddin əl-Həddad planın HƏMAS-ı zəiflətmək və aradan qaldırmaq məqsədi daşıdığını düşündüyü üçün mübarizəni davam etdirmək niyyətində olduğunu vurğulayıb. ABŞ Prezidenti Donald Trampın müharibəni bitirmək üçün irəli sürdüyü 20 maddəlik plan İsrail tərəfindən qəbul edilib. Sənəddə HƏMAS-ın silahsızlaşdırılması və Qəzzanın idarəçiliyində rol oynamamasına dair şərtlər yer alır. Məlumata görə, HƏMAS-ın Qətərdəki bəzi siyasi rəhbərləri müəyyən dəyişikliklərlə planı qəbul etməyə açıqdır. Amma onların təsir imkanları məhduddur, çünki girovların taleyi hərbi qanadın əlindədir. Hazırda HƏMAS-ın 48 nəfəri girov saxladığı...

Seçilmiş Videolar

Toplum TV loqo