Paşinyanı “dəlilikdə” suçlayan arxiyepiskop 2 il azadlıqdan məhrum edildi
Foto: açıq mənbə
Erməni kilsəsinin baş yepiskopu Mikael Acapahyan çevrilişə çağırışda təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib.
Hökm Yerevan məhkəməsində elan olunub.
Acapahyan Ermənistan Cinayət Məcəlləsinin “dövlət hakimiyyətinin qəsb edilməsinə, ərazi bütövlüyünün pozulmasına və ya konstitusiya quruluşunun zorla devrilməsinə yönəlmiş açıq çağırışlar” maddəsi ilə təqsirli bilinib. Dövlət ittihamçısı ona 2,5 il həbs cəzası tələb edib.
Cinayət işi Acapahyanın bu ilin iyununda və ötən ilin fevralında verdiyi iki müsahibədəki açıqlamaları ilə bağlı başlanılıb.
O, birinci müsahibəsində belə deyib: “Əgər məni dinləyən olsaydı, inqilab çoxdan baş vermişdi. Mən hakimiyyəti dəyişməyin cəmi üç yolunu tanıyıram. Əgər dördüncüsünü bilirsinizsə, mənə deyin. Birinci — seçkilərdir, guya, yaxud da belə adlandırılan seçkilər. İkinci — çevriliş. Üçüncü — xalq üsyanı. Başqa varmı? Var? Yox, yoxdur. Hər üçü mümkün deyil. Subyektiv olaraq — mümkün deyil. Obyektiv olaraq — bəlkə mümkündür.”
İkinci müsahibəsində isə o belə deyib: “Mən heç vaxt hakimiyyətin qəsb edilməsinə çağırmamışam, mən çevrilişə çağırmışam. Mən hərbi qüvvələrə demişəm ki, bu ölkəni xilas edin, onu bu dəlidən [Paşinyana işarə edərək] xilas edin. Mən hakimiyyətin qəsbinə çağırmamışam, sadəcə demişəm ki, bunu etmək lazımdır. Bu çağırış deyil, bu zərurətdir. Bu, indi lazımdır, gec də olsa, hələ də etmək lazımdır.”
İyunun 25-də Ermənistan hüquq-mühafizə orqanları arxiyepiskop Baqrat Qalstanyan da daxil olmaqla onlarla müxalif fiqurun evlərinə reyd keçiriblər. Bundan sonra o və daha 14 nəfər “terror aktları və dövlət çevrilişi planlaşdırmaqda” ittiham olunaraq iki ay müddətinə ilkin istintaq dövrü üçün həbs edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Azərtac
Foto: açıq mənbə
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır