Məhkəmə

“Gecə klubu” işi: “Dedilər, hər şeyi üzərinə götür, arxanda dayanacağıq”   

13 Sentyabr, 2022
1941

Sosial Media

“Söz verdilər ki, arxamda dayanacaqlar. Dedilər ki, hər şeyi boynuna götür, biz sənin arxandayıq. Mən də inandım, yazdım ki, gedib yazdım ki, administratoram”.  
   
Bunu Bakıdakı gecə klubunda baş vermiş partlayışla bağlı keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən biri Rəsul Rəsulov deyib.   
 
Məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə keçirilir. Rəsul Rəsulov, Orxan Səfərli və Ruslan Məmmədov bu il aprelin 3-də şəhərin mərkəzində fəaliyyət göstərən “Location” gecə klubunda baş vermiş partlayışda günahlandırılır. Partlayış nəticəsində ölən və xeyli yaralanan olub.  
 
Təqsirləndirilən şəxslərdən biri klubun işçisi, biri sahibi, birisə ərazi üzrə yanğınsöndürəndir.   
 
Məhkəmə şahidlərin dindirilməsi mərhələsindədir. Sonuncu məhkəmə iclasında şahidlərdən birinin tərəflərin suallarına verdiyi cavablar təqsirləndirilən şəxs Rəsul Rəsulovu özündən çıxarıb. 

https://toplum.tv/mehkeme/selim-muslumovun-mehkemesi-nazirlik-evleri-ucuz-alib-baha-senedlesdirib
 
Şahid İsrail Yusubov məhkəmə ifadəsində “Merser food” MMC,  “Merser Trade” MMC-nin, “Is Consumer Products” MMC-nin (əvvəlki adı “Is Chemıcal”) və daha bir neçə şirkətin həmtəsisçisi olduğunu deyib.  
 
Onun sözlərinə görə, şəriki olan Orxan Səfərlinin qardaşı Elşən Səfərli “Merser food” MMC-nin tərkibində “Location”u açıb. 
 
Rəsul Rəsulovu da MMC-yə administrator işinə Elşən Səfərli gətirib.   
 
Şahidin bu ifadəsi müttəhim Rəsul Rəsulovu əsəbiləşdirib.  
 
O deyib ki, gecə klubuna heç bir aidiyyəti olmadığı halda həbsə düşüb: “Məni aldatdılar. Partlayışın sabahı günü göndərdilər Dəmirçi Plazadakı bir ofisə. Orda mənə deyildi ki, get, yaz ki, administratorsan, ora sən cavabdehsən, axıradək arxanda dayanacağıq. Mən də inandım, gedib izahat yazdım ki, klub mənlikdir. İndi də gəlib burda müttəhimlər kürsüsündə oturmuşam, ancaq vaxtilə arxamda dayanacaqlarını deyən adamları görmürəm”.   
 
Rəsul Rəsulovun adı ittiham Aktında yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-nin administratoru kimi qeyd edilib. Ancaq indi məhkəmə salonunda bildirir ki, onu aldadaraq adını sənədlərdə belə qeyd etməklə məsuliyyəti üzərinə atıblar. Qeyd edək ki, həbsindən bir neçə gün sonra vəkili onun astma xəstəliyinə görə 3-cü qrup əlil olduğunu, yataq xəstəsi olan anasına himayədarlıq etdiyini demişdi.   
 
Məhkəmədə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşı Xətai Əlizadə də ifadə verib.  
 
O deyib ki, gecə klubunda yanğın baş verməsini bildirən siqnal daxil olan kimi əraziyə gediblər. Yanğını söndürərkən qəfil partlayış baş verib: “Mətbəxdə bir nəfər ölmüşdü”, şahid deyib. Vəkillər ondan yanğının səbəbləri barədə soruşub.  
 
O isə bildirib ki, vəzifəsi yanğını söndürmək olub, səbəbləri araşdırmaq yox... Şahidin ifadəsindəki maraqlı məqamlardan biri qaz balonuyla bağlı dedikləri olub: “Balon mətbəxin içərisində deyildi, qapının çölündəydi, iki qaz balonu vardı orda, dedilər ki, biri klubun, o biri qonşuluqdakı hansısa obyektindir”.    
 
Şashid və təqsirləndirilən şəxs məhkəmənin suallarını cavablandırandan sonra hakim növbəti məhkəmə iclasını sentyabrın 14-nə təyin edib.   
 
İttihama görə, hadisə bu il aprelin 3-də, gecə saat 3 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda baş verib.  
 
Partlayış nəticəsində 1 nəfər - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb.  
 
Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.  
 
İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərliyə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.  
 
Eyni zamanda, istintaq zamanı qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edilib.  
 
Ona Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.  
 
Cinayət işi üzrə 53 zərərçəkmiş qismində tanınıb.  
 
Zərərçəkmişlərin siyahısında bloger, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova da var.  
 
O, həmin partlayışda ağır xəsarət alıb.  
 
Rəsul Rəsulov və Orxan Səfərli həbsdədir. Digər təqsirləndirilən Ruslan Məmmədovun barəsində əvvəllər həbs qətimkan tədbiri seçilsə də, sonradan barəsində seçilmiş qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.   
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Məhkəmə 28 gündür aclıq edən Hacı Vəliyevi ev dustaqlığına buraxmayıb

18 İyul 2025

Foto: sosial media

İyulun 18-də Xətai Rayon Məhkəməsində ictimai fəal və İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə verilmiş vəsatətə baxılıb.  Vəliyevin yaxınlarının yaydığı xəbərə görə, məhkəmə vəsatəti təmin etməyib. Məlumatda ailəsi və yaxınlarının 28 gündür aclıq edən Vəliyevin səhhətindən ciddi şəkildə narahat olduqları qeyd olunub.  Onların sözlərinə görə, artıq uzun müddətdir aclıq aksiyası keçirən qazinin səhhəti sürətlə pisləşir. “Aidiyyatı qurumlar məsuliyyətli davranmalı, Qazi Hacı Vəliyevin həyat və sağlamlığına laqeyd yanaşmamalıdır”, - bəyanatda qeyd olunub.  Vəliyev iyunun 21-dən “ədalətsiz mühakiməsinə qarşı” aclıq aksiyası keçirir. Daha əvvəl vəkilləri onun yeriməkdə çətinlik çəkdiyin, habelə qalan gözünü itirmək...
Məhkəmə

Bəşir Süleymanlı Ombudsman və Məhkəmə Hüquq Şurasına şikayət edəcək

18 İyul 2025

Foto: açıq mənbə

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbsdə üzləşdiyi çətinliklərlə bağlı yaxınları vasitəsilə açıqlama yayıb.  O, həm hüquqlarının məhdudlaşdırıldığını, həm də saxlanma şəraitinin qeyri-insani olduğunu bildirib. Bəşir Süleymanlı iyulun 16-da Bakı Apellyasiya Məhkəməsində həbs müddətinin uzadılması ilə bağlı keçirilən iclasda hakimin davranışlarından narazı qaldığını bildirib. Onun sözlərinə görə, hakim Emin Əliyev proses boyunca aqressiv davranıb: “Hakim aqressiv davranaraq bir neçə dəfə sözümü kəsdi və çıxışıma imkan vermədi. Bu ifadə azadlığımın və özünü müdafiə etmək hüququmun kobud şəkildə pozulmasıdır.” Bəşir Süleymanlı bu səbəbdən Məhkəmə Hüquq Şurasına və Ombudsman Aparatına rəsmi şikayət ünvanlayacağını bildirib. Hüquq müdafiəçisi eyni zamanda məhkəmə zallarında məhkumların saxlanıldığı yerlərdə...

Seçilmiş Videolar

Toplum TV loqo