Baş Prokurorluq Əvəz Zeynallı və bir neçə nəfərə yeni ittiham irəli sürüb
İnternet kanallarının rəhbərləri - Əvəz Zeynallı və Elnur Şükürova qarşı yeni ittiham irəli sürülüb, bir nəfər isə axtarışa verilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, “Xural TV”-nin baş direktoru Əvəz Zeynalov , “Səda TV” MMC-nin direktor müavini olmaqla, eyni adlı internet kanalının rəhbəri Elnur Şükürov və Elçin Sadıqov barəsində cinayət işinin istintaqı davam etdirilir.
Əvəz Zeynalov və Elnur Şükürov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə yenidən ittiham elan edilib.
Teymur Rəhimov Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. İstintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
Əvəz Zeynallının həyat yoldaşı Məlahət Qüsuri Toplum TV-yə açıqlamasında Baş prokurorluğun istintaqını qeyri-peşəkar adlandırıb.
Jurnalist Əvəz Zeynallı sentyabrın 10-dan 11-nə keçən gecə saxlanılıb. Onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.Baş Prokurorluq Əvəz Zeynallı və bir neçə nəfərə yeni ittiham irəli sürüb
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək
Toplum TV
Toplum TV
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”