Sosial

Xaricə pul köçürmələrlə bağlı qanunlar sərtləşdirilir

22 sentyabr, 2022
2311

Açıq mənbələrdən götürülüb

50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, qaçaqmalçılıq maddəsində nəzərdə tutulmuş cinayət əməlləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə 50 min manatdan yuxarı məbləğdə pul vəsaitinin köçürülməsini təşkil etmiş fiziki şəxs cinayət məsuliyyətinə cəlb ediləcək.

https://toplum.tv/multimedia/yoxsul-vetendas-sizi-orada-rusvet-almaga-oturdublar

Qeyd edilən əməllərin vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə və ya külli miqdarda, xüsusi külli miqdarda törədilməsi bu cinayətin ağırlaşdırıcı tərkib hissəsi kimi nəzərdə tutulub. Layihədə Cinayət Məcəlləsinin 190-cı maddəsinin qeyd hissəsinə müvafiq dəyişikliklər etməklə bu əməllərin törədilməsini xeyli, külli və xüsusilə külli miqdarının məbləği müəyyən edilir. Eyni zamanda, Cinayət Məcəlləsinə əlavə edilməsi təklif edilən 206-1 maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə görə hüquqi şəxslər barəsində cinayət–hüquqi tədbirlərin tətbiq edilməsi təklif edilir.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, 50 min manatadək məbləğdə Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz köçürülməsini təşkil etmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo