2,5 milyon dollarlıq dələduzluq iddiası – zərərçəkmişlər “Aztelekom”un keçmiş direktoru və keçmiş prokuror müavinidir
Açıq mənbədən götürülüb
Üç nəfərin ümumilikdə 2,5 milyon dollarını ələ keçirməkdə təqsirləndirilən 33 yaşlı Nizami Alışan məhkəmə qarşısındadır.
Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır.
Yanvarın 27-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Elgün Qafarov ittiham aktını elan edib. İttihama görə, Nizami Alışan istintaq orqanının zərərçəkmiş kimi tanıdığı Babək Məmmədzadəyə, Zeynal Usubova və Yadigar İsrafilova özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Sosial şəbəkə üzərindən başlanan tanışlıq real həyatda davam edib və nəticədə Nizami Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollarını aldatma yolu ilə ələ keçirib. Həmin şəxslər istintaqa fərdi sahibkarlıqla məşğul olduqlarını bildiriblər.
Hakim təqsirləndirilən şəxsdən ittiham üzrə özünü təqsirli bilib-bilmədiyini soruşanda o, “özümü təqsirli bilmirəm”, - deyib.
Qərara alınıb ki, əvvəlcə zərərçəkmişlər, sonra təqsirləndirilən şəxs ifadə versin.
Nizami Alışanın vəkili Samir İsayev vəsatət qaldırıb ki, müdafiə etdiyi şəxsin anten məlumatlarının əldə olunması ilə bağlı mobil operatora sorğu göndərilsin. O, 2024-cü il aprelin 9-dan 17-dək olan müddətdə telefon danışıqlarının, SMS yazışmalarının götürülməsini istəyib. Vəkil əlavə edib ki, İnvest.az saytından vəsaitlər götürülüb, həmin saytın nümayəndəsi məhkəməyə şahid qismində çağrılmalıdır. Hakim bu vəsatəti sənədlərin tədqiqi mərhələsinədək baxılmamış saxlayıb.
Növbəti məhkəmə iclası fevralın 10-a təyin edilib.
Bu cinayəti işi üzrə istintaq Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılıb.
Təqsirləndirilən şəxs Nizami Alışan AzTV-nin keçmiş rəhbəri Arif Alışanovun qardaşı oğludur. Onun mərhum atası Akif Alışanov uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin, sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və Təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində işləyib.
Zərərçəkmiş Babək Məmmədzadə “Aztelekom” MMC-nin keçmiş baş direktoru Məhəmməd Məmmədovun oğludur. Digər zərərçəkmiş Zeynal Usubovsa Nərimanov rayon prokurorunun keçmiş müavinidir. 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.
Toplum TV
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Toplum TV
“Fərid Mehralızadə oğurlandıqdan sonra hara aparılıb bilinmir” - həyat yoldaşı
Açıq mənbədən götürülüb
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı
Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?