Məhkəmə

AİHM “Qış parkı” söküntülərinə görə Azərbaycanın 751 min avro təzminat ödəməsinə qərar verib

9 noyabr, 2026
13

Foto: Toplum TV

Bakıda “Qış parkı”nın salınması zamanı sökülən evlərlə bağlı daha bir qrup vətəndaşın şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) kompensasiya məbləğini müəyyənləşdirib. “Azadlıq Radiosu” yazır ki, noyabrın 3-də açıqlanan qərara əsasən, Azərbaycan hökuməti mülkiyyət hüquqları pozulmuş 13 ərizəçiyə ümumilikdə 751 min 250 avro təzminat ödəməlidir.

Kompensasiya alacaq şəxslər arasında Ağ Partiya sədri Tural Abbaslının anası Başxanım Abbasova da var. Məhkəmənin qərarına əsasən, ona dəymiş maddi ziyana görə 104 min 500 avro, mənəvi ziyana görə isə 3 min avro ödənilməlidir.

AİHM bu iş üzrə ilk qərarını 2025-ci ilin fevralında çıxarıb. Həmin qərarda 13 ərizəçinin mülkiyyət hüququnun pozulduğu müəyyən edilib. Məhkəmə qeyd edib ki, əmlakların dövlət ehtiyacları üçün alınması prosesində qanunvericiliyin tələblərinə əməl olunmayıb.

Bununla belə, həmin mərhələdə təzminatın konkret məbləği ilə bağlı yekun qərar verilməyib. AİHM tərəflərə kompensasiya tələbləri ilə bağlı yazılı mövqelərini təqdim etmək üçün üç ay vaxt ayırıb.

Azərbaycan hökuməti ərizəçilərin mənəvi zərərə görə tələb etdiyi məbləğləri yüksək hesab edib və hər bir şəxsə 3 min avro ödənilməsini təklif edib. Məhkəmə bu təklifi qəbul edərək bütün şikayətçilər üçün mənəvi zərərə görə kompensasiyanı eyni məbləğdə müəyyənləşdirib.

Qərara əsasən, Başxanım Abbasova ilə yanaşı, Tahirə Salamovaya 47 min avro, Zaman Mahmudovun oğluna 127 min avro, Alla Fətəliyevaya 53 min 700 avro, Günel İsimxanovaya isə 44 min 300 avro maddi təzminat ödəniləcək. Digər ərizəçilər üzrə kompensasiya məbləğləri də nəzərə alınmaqla, ümumi ödəniş 751 min 250 avro təşkil edir.

“Qış parkı” layihəsi 2008-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Hacıbala Abutalıbovun sərəncamı ilə həyata keçirilməyə başlanıb. Paytaxtın “Beşmərtəbə” adlanan ərazisindən Heydər Əliyev Sarayının arxasına qədər uzanan sahədə parkın salınması üçün çoxsaylı yaşayış evləri və qeyri-yaşayış obyektləri sökülüb.

Söküntü zamanı mülkiyyətçilərə əmlaklarının hər kvadratmetri üçün 1500 manat kompensasiya təklif olunub. Bir sıra sakinlər təklif edilən məbləği qəbul etməyərək məhkəmələrə müraciət edib, sonradan işlərin bir hissəsini Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarıblar.

“Qış parkı” ilə bağlı AİHM-də baxılan işlər təkcə bu qərarla məhdudlaşmır. 2025-ci ilin yanvarında “Bağvanov və digərləri Azərbaycana qarşı” işi üzrə çıxarılan qərarda 18 ərizəçiyə ümumilikdə 1 milyon 693 min avro kompensasiya ödənilməsi müəyyən edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Toplum TV işi”ndə jurnalist hakimə: ‘Bunu məhkəmə hesab etmirəm, məni zaldan çıxarın’

2 noyabr 2026

Toplum TV

Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Proses başlamazdan əvvəl “Toplum TV” jurnalisti Fərid İsmayılov saxlanıldığı təcridxanada məhbuslara münasibətlə bağlı danışıb. “Umbakı Penitensiar Müəssisəsində insanlıq əleyhinə cinayətlər baş verir. Təcridxananın rəisi Rəşad Yusifov sentyabrın 27-də öz iş otağında ictimai fəal Nicad İbrahimi Pərviz adlı rejim rəisinə döydürüb. Məhbusun vəziyyətini işçilər və məhbuslar görüb. Kameraları açıb baxsınlar. Qan içində qalan məhbusu yerdə sürüyərək qanı təmizlətdiriblər. Pərviz adlı rejim rəisi tərəfindən döyülüb. Onu o qədər döyüblər ki, yer bütün qan olub. Sonra N.İbrahimə deyiblər qanı silsin. O da bundan imtina edəndə özünü yerdə sürüyüb, qanı elə siliblər”,...
Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...

Seçilmiş Videolar

Toplum TV loqo