Məhkəmə

Avropa Məhkəməsi Əfqan Sadıqov barədə qərar verib

1 Mart, 2025
17

sosial media

Avropa İnsan Haqları Məhkəməsi Sosial Ədalət Mərkəzinin xahişini tam təmin edərək, jurnalist Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasını dayandırıb.

Bu haqda mərkəzin direktoru Tamta Mikeladze özünün “Facebook” səhifəsində yazıb:

“Daha doğrusu, Avropa Məhkəməsi işin mahiyyəti üzrə qərar qəbul edilənə qədər Gürcüstana jurnalistin Azərbaycana ekstradisiyasını qadağan edib. Bildiyiniz kimi, Avropa Məhkəməsində bir işə baxılması bəzən illər çəkə bilər. Mən də əminəm ki, illər sonra Avropa Məhkəməsinin yekun qərarı da jurnalistin xeyrinə olacaq”.

Mikeladze daha sonra bildirir ki, bu axşam xəbəri eşidən Əfqan Sadıqov aclıq aksiyasını dayandırmaq qərarına gəlib. Onun sözlərinə görə, yaxın günlərdə Sosial Ədalət Mərkəzi məhkəmədən Əfqan Sadıqovun həbsdən azad olunmasını tələb edəcək:

“Əgər ekstradisiyaya icazə verilmirsə, o zaman onun məhkəməyə qədər həbsdə saxlanması hüquqi mənasını itirir və qanunsuz olacaq. Üstəlik, Əfqanın ekstradisiya üzrə həbs müddəti (9 ay) mayın 3-də başa çatır”.

“Azel. TV” saytının rəhbəri Əfqan Sadıqov 2023-cü ilin dekabrında ailəsilə birlikdə Gürcüstana gedib.

2024-cü ilin iyulunda onu Gürcüstandan Türkiyəyə buraxmayıblar və deyiblər ki, ancaq Azərbaycana qayıda bilər.

Avqustda Azərbaycanın sorğusu əsasında Əfqan Sadıqov həbs edilib.

Bakıda onu hədə yolu ilə tələb etməkdə ittiham edirlər və ekstradisiyasını tələb edirlər.

O, həbsinə və ona sığınacaq verilməməsinə etiraz olaraq sentyabrın 21-dən aclıq edir.

Oktyabrın 8-də aclıq nəticəsində vəziyyəti pisləşib və onu həbsxana xəstəxanasına köçürüblər.

Yanvarın 31-də Tbilisi məhkəməsi Əfqan Sadıqovun həbs müddətini daha üç ay uzadıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Prokuror Fazil Qasımova 10 il cəza istəyib, vəkil bildirib ki, onu məhkəməyə sürüyə-sürüyə gətiriblər

28 Fevral 2025

sosial media

Bakı Ağır Cinayətlər Məhkəməsində iqtisadçı “Qubad İbadoğlu işi”nə görə həbs edilmiş Fazil Qasımovun və Anar Əliyevin məhkəməsi davam edir.  Fevralın 28-də keçirilən məhkəmə iclasında məlum olub ki, Fazil Qasımov məhkəməyə gətirilsə də, iclasda iştirak etmir. Onun vəkili Fuad Ağayev məhkəməyə bildirib ki, səbəb müvəkkilinin məhkəmə tərkibinə etirazıdır: “Fazil Qasımov məhkəmənin bu hakim tərkibiylə keçirilməsinə görə prosesdə iştirakdan imtina edib. Onu Bakı İstintaq Təcridxanasından məhkəməyə sürüyə-sürüyə, zorla gətiriblər”. Hakim çıxış üçün sözü dövlət ittihamçısı Babaxan Həsənəiyevə verib. Prokuror çıxışında Fazil Qasımova və Anar Əliyevə qarşı irəli sürülmüş ittihamların məhkəmə istintaqıyla sübuta yetirildiyini bildirib. Cəzalarını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkməklə Fazil Qasımova 10,...
Məhkəmə

Fatimə Mövlamlı saxlanılıb 

28 Fevral 2025

Ülviyyə Əli

Jurnalist Fatimə Mövlamlı saxlanılıb. Daxili İşlər Nazirliyi onun “Meydan TV” işi ilə əlaqəli cinayət işinə görə saxlanıldığını təsdiqləyib. F.Mövlamlı barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılacaq. Yaxınlarının vurğulamasına görə, polis F.Mövlanlının yaşadığı evlərində də axtarış aparıb: "Polislər Fatiməgildən guya 2 min avro pul tapıblar. Ailə üzvləri bildirir ki, o pul Fatiməyə məxsus deyil". Bu, son 8 gün ərzində “Meydan TV işi“ üzrə saxlanılan ikinci jurnalistdir. Jurnalist Nurlan Libre fevralın 20-də saxlanılıb, 1 gün sonra Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçib. O da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs...

Seçilmiş Videolar

Toplum TV loqo