açıq mənbədən götürülüb
Fevralın 19-da Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının başqan müavini Mustafa Hacıbəylinin “Yelo Bank”a qarşı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Bu iş hakim Sabit Bəhramzadənin icraatındadır.
Söhbət ondan gedir ki, Mustafa Hacıbəyli 2008-ci ildə yaxın dostuna kömək etmək üçün öz evini "Nikoyl Bank"a girov qoyub, dostu kredit götürüb. Devalvasiyadan sonra bank manatla rəsmiləşdirilmiş krediti müştəridən dolların yeni kursuna uyğun məbləğdə geri qaytarmasını tələb edib. Bundan sonra məhkəmələr başlayıb: “Azər Səlimov bankdan 33.540 manat kredit götürmüşdü, faizlər də daxil olmaqla, ümumilikdə 58.355 manat qaytarlb. Ödənilən məbləğ götürülən məbləğdən 24.815 AZN çox olsa da, bank saxta cədvəl tərtib edərək yenə 40 min dollar tələb etməyə başlayıb. İpoteka müqaviləsi manatladır. Bankın tərtib etdiyi ödəniş tapşırığı manatladır. Pul manatla verilib. Pul verilərkən yazılan qəbz də manatladır. Ancaq bank “40 min dollar” deyir. Halbuki, ipoteka müqaviləsindən qabaq dollar ilə kredit müqaviləsi imzalansa da, həmin müqavilə icra olunmayıb. O zaman bank məzənnə hansı tərəfə də dəyişsə, bundan bəhrələnmək üçün iki müqavilə tərtib edib. Amma dollar ilə müqavilənin icrasına dair məhkəməyə heç bir sənəd təqdim edə bilməyib”, - Mustafa Hacıbəyli başına gələnləri sosial şəbəkə hesabında belə yazıb.
“Yelo bank” 40 min dollar tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edib. İş üzrə üç dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edib. Bank Auditorlar Palatasına da müraciət etdi, oradan da təsdiqləndi ki, müştəri pulu artıqlaması ilə qaytarıb, əksinə, bankın müştəriyə borcu var. Ekspertiza rəyləri borcun manatla olduğunu təsdiqləsə də, bank işin yenidən ekspertizaya qaytarılmasına, sonda iddianın təmin edilməsinə nail olub: “Müştərilərinin qanına susamış bankın “dirənişi” o qədər güclü olmuşdu ki, hakim Leyla Talıbova apellyasiya şikayətinin verilməsinə məhəl qoymadan mənzilimin açıq hərraca çıxarılması haqda qətnaməni icraya yönəltmişdi. Böyük bir stress yaşadım və vəkilin ərizələrindən sonra hərrac dayandırıldı. Mən Qarabağ qazisi, 3-cü qrup əliləm. Dövlətdən nə ev, nə maşın almışam. Öz halal pulumla 21 il əvvəl aldığım, təmirini hələ də tam başa çatdıra bilmədiyim evi əlimdən almaq istəyirlər”.
Fevralın 19-da Mustafa Hacıbəylinin apellyasiya şikayəti üzrə keçirilən məhkəmə iclasında məhkəmə yenə ekspertiza keçirilməsi üçün qərar keçirib.
“İndiyədək bu iş üzrə beş dəfə ekspertiza keçirilib, nəticələri bankı qane etməyib. Əslində gözləyirdim ki, məhkəmə mənim xeyrimə bir qərar verəcək, ancaq əksinə oldu, məhkəmə yenə işi ekspertizaya göndərdi”, - Mustafa Hacıbəyli bildirib.
Toplum TV
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
Nurlan Libre/şəxsi arxiv
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”