Foto: sosial media
"Toplum TV"-nin həbsdə olan əməkdaşı Fərid İsmayılov oktyabrın 6-da başladığı aclıq aksiyasını dayandırıb.
Məlumatı "Toplum TV"-yə onun yaxınları verib.
Bildirilir ki, bu barədə o, yaxınları ilə telefon danışığı zamanı xəbər verib.
F. İsmayılov telefon danışığında bildirib ki, o artıq öz kamerasına qaytarılıb və tələbi yerinə yetirildiyi üçün aclığı dayandırıb.
“İndi bir az mədəm narahatdır, günlər sonra ilk dəfə sulu yemək yedim, amma halım yaxşıdır. Hər şey qaydasındadır”, - Fərid İsmayılov yaxınlarına deyib.
Jurnalist yan kamerada saxlanılan Seymur adlı məhbusun ölüm təhdidlərinin təcridxana rəhbərliyi tərəfindən etinasızlıqla qarşılandığını qeyd edirdi.
Həmin məhbus qısa müddətlik başqa kameraya köçürülsə də, sonradan yenidən öz yerinə qaytarılıb. Ardınca İsmayılovun kamerası dəyişdirilmiş və jurnalist buna etiraz olaraq aclıq aksiyasına başlamışdı.
Fərid İsmayılov "Toplum TV işi" üzrə son məhkəmə prosesində də ölüm təhdidlərinə məruz qaldığını deyib və bunun təxribat olduğunu bildirib. O, təcridxana rəhbərliyindən məsələni araşdırmağı tələb edib.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə qarşı cinayət işi açılıb. Onlar arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, həmtəsisçi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalistlər Fərid İsmayılov və Şahnaz Bəylərqızı da var.
İttihamlar əvvəlcə qaçaqmalçılıq maddəsi ilə irəli sürülsə də, sonradan ağırlaşdırılıb.
Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: VOA
Məhkəmə Azər Qasımlının şahid tələbi ilə bağlı vəsatətini baxılmamış saxlayıb
Foto: VOA
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır