Məhkəmə

“QHT işi” üzrə Hafiz Həsənovun məhkəməsi başlayır

10 Oktyabr, 2025
79

Foto: VOA

“QHT işi” üzrə təqsirləndirilənlərdən biri, "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

“APA”-nın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 22-nə təyin edilib.

Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

“QHT işi” üzrə həbslər 2025-ci ilin martında başlayıb. İlk olaraq Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay saxlanılıb. Apreldə ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə də eyni ittihamla həbs edilib.
İqtisadçı Qalib Bayramov və hüquq müdafiəçisi Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib.

Onlara qarşı cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıq maddələri üzrə ittiham irəli sürülüb.

İstintaqa 100-dən çox şəxs, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərləri cəlb olunub.

Bundan başqa, sabiq GMF məsləhətçisi Mehriban Rəhimli və digərləri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. Ölkə xaricində olan Sübhan Həsənli və Aytac Ağazadə isə axtarışa verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Fərid İsmayılov aclıq aksiyasını dayandırıb

11 Oktyabr 2025

Foto: sosial media

"Toplum TV"-nin həbsdə olan əməkdaşı Fərid İsmayılov oktyabrın 6-da başladığı aclıq aksiyasını dayandırıb. Məlumatı "Toplum TV"-yə onun yaxınları verib. Bildirilir ki, bu barədə o, yaxınları ilə telefon danışığı zamanı xəbər verib. F. İsmayılov telefon danışığında bildirib ki, o artıq öz kamerasına qaytarılıb və tələbi yerinə yetirildiyi üçün aclığı dayandırıb. “İndi bir az mədəm narahatdır, günlər sonra ilk dəfə sulu yemək yedim, amma halım yaxşıdır. Hər şey qaydasındadır”, - Fərid İsmayılov yaxınlarına deyib. Jurnalist yan kamerada saxlanılan Seymur adlı məhbusun ölüm təhdidlərinin təcridxana rəhbərliyi tərəfindən etinasızlıqla qarşılandığını qeyd edirdi. Həmin məhbus qısa müddətlik başqa kameraya köçürülsə də, sonradan yenidən öz yerinə qaytarılıb....
Məhkəmə

Məhkəmə Azər Qasımlının şahid tələbi ilə bağlı vəsatətini baxılmamış saxlayıb

9 Oktyabr 2025

Foto: VOA

Siyasi Menecment İnstitutunun direktoru, həbsdə olan politoloq Azər Qasımlının vəkilləri onun işində zərərçəkmiş kimi tanınan Qurbanəli Yusifovun keçmiş həyat yoldaşının məhkəmədə dindirilməsini istəyiblər. “Azadlıq Radiosu” xəbər verir ki, bu barədə vəsatəti vəkil Rövşanə Rəhimova oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda qaldırıb. Hazırda məhkəmədə A.Qasımlının dindirilməsi davam edir. Politoloq bildirib ki, Q.Yusifova kriptovalyuta birjasına yatırım üçün iki dəfəyə 20 min dollar verib, lakin qarşı tərəf etimadından sui-istifadə edib.  Vəkillər suallara etiraz edərək bildiriblər ki, istintaqın predmeti “hədə-qorxu ilə tələb etmə”dir və kommersiya xarakterli suallar vaxt itkisinə səbəb olur. Rövşanə Rəhimova deyib ki, Q.Yusifovun şikayətindən...

Seçilmiş Videolar

Toplum TV loqo