Məhkəmə

Fuad Muradova hökm oxundu

19 Fevral, 2025
54

açıq mənbədən götürülüb

Sosial şəbəkələrdə hökuməti tənqid edən ictimai-siyasi fəalların, jurnalistlərin ünvanına təhdid və təhqirləri ilə vaxtaşırı müzakirə mövzusuna çevrilən, Milli Fədailər Hərəkatının sədri Fuad Muradova hökm oxunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Muradov 6 il 6 ay azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələbetmə), 128.2.2 (təkrar törədildikdə), 182.2.4 (xeyli əmlak əldə etmək məqsədilə törədildikdə) maddələrilə ittiham olunurdu.

Bu işdə 7 nəfər zərərçəkmiş qismində tanınıb. Bu kişilərin hamısından şantajla pul alındığı iddia olunur.

F.Muradov 2023-cü ilin oktyabrında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdi.

İddia edilir ki, Fuad Muradov müxtəlif kişilərin qadınla intim görüntülərini gizli şəkildə çəkib, sonradan həmin görüntüləri ailələrinə göstərməklə hədələyib, o adamlardan pul alıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Məhkəmə Anar Məmmədlini həbsdə saxladı

21 Fevral 2025

sosial media

Fevralın 21-də Bakı Apelyasiya Məhkəməsində Xətai rayon Məhkəməsinin Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru  Anar Məmmədlinin həbs qətimkan müddətinin uzadılması ilə bağlı qararından verilmiş şikayətə baxılıb. İclasda şikayət təmin edilməyib və Anar Məmmədli həbsdə qalıb. Vəkil Cavad Cavadovun verdiyi məlumata görə Anar Məmmədli səhhətində yaranmış problemlərə görə məhkəmədə iştirakdan imtina edib: “Bir neçə gün öncə Anarla istintaq təcridxanasında görüşdüm. Anar bildirdi ki, səhhətində ağırlaşma var və Apellyasiya Məhkəməsində iştirak etmək istəmir və bununla bağlı ərizə ilə müraciət edib. Anar vertigo xəstəliyindən əziyyət çəkir və mütamadi baş dönməsi (gicəllənmə) halları olur. Dəfələrlə müraciətlərə baxmayaraq, adekvat müalicə ala bilmir”. Anar Məmmədli...
Məhkəmə

Nurlan Libre barəsində həbs qətimkan tədbiri seçildi

21 Fevral 2025

Nurlan Libre/şəxsi arxiv

Fevralın 21-də jurnalist Nurlan Libre (Qəhrəmanlını) barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub. Məhkəmə təqdimatı təmin edib. Daxili İşlər Nazirliyi onun “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanıldığını təsdiqləyib. Nurlan Libre də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham edilir. O, fevralın 20-də günorta saatlarında Bakıda saxlanılıb. Yaxınlarının yaydığı məlumata görə, jurnalist Bakıda saxlanıldıqdan sonra Sumqayıtda yerləşən evinə aparılıb və evində axtarış keçirilib. Nurlan Libre daha əvvəl bir neçə dəfə saxlanılıb, inzibati həbs cəzalarına məhkum edilib və...

Seçilmiş Videolar

Toplum TV loqo