Məhkəmə

“QHT işi” üzrə Nərgiz Muxtarovanın məhkəməsi başlayır

13 Oktyabr, 2025
69

Foto: Əkinçi

“QHT işi” üzrə təqsirləndirilənlərdən biri Nərgiz Muxtarovanın cinayət işi üzrə məhkəməsi başlayıb.

“APA”-nın məlumatına görə, oktyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə anket məlumatları dəqiqləşdirilib.

Nərgiz Muxtarovanın vəkili Xaliq Hüseynov məhkəməyə etiraz edib. Bildirib ki, tərkibin iki üzvü - Rasim Sadıxov və Novruz Kərimov təqaüd yaşındadır, səlahiyyət müddətləri bitir. Vəkil həmçinin bütün tərkibə etiraz edib. Deyib ki, müvəkkilinin həyat yoldaşı Fərid Mehralızadənin də cinayət işinə bu tərkib baxıb.

Dövlət ittihamçısı vəsatətləri əsassız hesab edərək təmin edilməməsini təklif edib. Prokuror bildirib ki, hər iki hakimin səhaliyyət müddəti bitməyib.

Məhkəmə vəsatətlərin baxılmamış saxlanılmasına qərar verib.

Daha sonra vəkil məhkəmədən Baş Prokurorluğa sorğu göndərilməsini istəyib. Bildirib ki, müvəkkilinin işində adı şahid qismində keçən Şəhla İsmayılın barəsində olan cinayət işi haqqında məhkəməyə məlumat verilməlidir. 

Vəkil deyib ki, şahidə də Nərgiz Muxtarovanın ittiham olunduğu iki maddə üzrə əlbirlik ittihamı verilib. Lakin onun barəsində iş ayrıca icraata verilib: “Biz onun statusununun müəyyən olunmasını istəyirik".

Bundan əlavə, vəkil müvəkkili barəsində açılan cinayət işinə xitam verilməsi barədə də vəsatət verib, məhkəmə vəsatəti təmin etməyib.

Dövlət ittihamçısı işin baxışa verilməsini, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirməməsini təklif edib.

Daha sonra məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib. Məhkəmə baxışı 27 oktyabra təyin edilib.

Muxtarova Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib. Onun barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

O, hazırda “AbzasMedia işi” çərçivəsində qaçaqmalçılıqda ittiham olunaraq 9 il azadlıqdan məhrum edilmiş iqtisadçı-jurnalist Fərid Mehralızadənin həyat yoldaşıdır.

“QHT işi” üzrə həbslər 2025-ci ilin martında başlayıb. İlk olaraq Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay saxlanılıb. Apreldə ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə də eyni ittihamla həbs edilib.
İqtisadçı Qalib Bayramov və hüquq müdafiəçisi Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib.

Onlara qarşı cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıq maddələri üzrə ittiham irəli sürülüb.

İstintaqa 100-dən çox şəxs, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərləri cəlb olunub.

Bundan başqa, “Hüquq və İnkişaf” İB rəhbəri Hafiz Həsənov, sabiq GMF məsləhətçisi Mehriban Rəhimli və digərləri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. Ölkə xaricində olan Sübhan Həsənli və Aytac Ağazadə isə axtarışa verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Ələsgər Məmmədli: "İstintaq metro kartını bank kartı kimi sənədləşdirib" 

13 Oktyabr 2025

Foto: açıq mənbə

Oktyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən “Toplum TV”-nin həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli ötən iclaslardakı sərbəst ifadəsinə davam edib.  Ə.Məmmədli bu dəfəki çıxışında 2024-cü ilin martın 8-də polis tərəfindən saxlanıldığı günü xatırladaraq deyib ki, həmin gün evində qanuni vəkilinin iştirakı olmadan reyd keçirilib və pul vəsaiti atılıb.  "Polis sinə cibində saxladığı bir bağlama pulu (sonradan 7,300 avro olduğunu öyrəndim) girişdə ayaqqabı qutusunun içinə atıb, guya “evimdən çıxdı” görüntüsü verərək “protokollaşdırıb” saxta sübut yaratmağa cəhd edib. Halbuki, bu davranış – saxta sübut...
Məhkəmə

Avropa Məhkəməsi Azərbaycanda casus proqramla izlənən 59 nəfərin işi üzrə kommunikasiya başladır

13 Oktyabr 2025

Foto: Dado Ruvic

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan olan jurnalist və ictimai fəalların “Pegasus” casus proqramı ilə bağlı şikayətləri üzrə kommunikasiya mərhələsinə başlayıb. Bu barədə vəkil Fariz Namazlı məlumat verib. Namazlı xatırladır ki, 2021-ci ildə yayılan məlumatlara görə, bir sıra ölkələr, o cümlədən Azərbaycan, müxalif şəxslərin və jurnalistlərin telefonlarına “Pegasus” casus proqramı vasitəsilə müdaxilə edib.  Həmin şəxslər şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı Baş Prokurorluğa şikayət versələr də, müraciətlərinə mahiyyəti üzrə baxılmayıb. Bunun ardınca onlar AİHM-ə müraciət ediblər. Məhkəmə Azərbaycandan daxil olan 59 nəfərin şikayətini birləşdirərək iki iş üzrə araşdıracaq. AİHM bu işlər üzrə tərəflərə suallar göndərib və Konvensiyanın bir neçə maddəsinin...

Seçilmiş Videolar

Toplum TV loqo