Fərid Mehralızadənin vəkili: “Bu avtomobil birgə nikah dövründə əldə olunub, həbs qoyula bilməz”
İqtisadçı jurnalist Fərid Mehralızadənin və onun həyat yoldaşı Nərgiz Muxtarovanın şikayəti təmin olunmayıb. Noyabrın 4-də Bakı Apellyasiya Məhkəməsi onların əmlakına qoyulmuş həbsi qüvvədə saxlayıb.
ToplumTV-yə bu barədə vəkil Cavad Cavadov məlumat verib.
“Bu avtomobil birgə nikah dövründə əldə olunduğu üçün Nərgiz Muxtarova da prosesdə iştirak edib. Bu avtomobilin qanuni yolla alınması üçün kifayət qədər sübut olmasına baxmayaraq məhkəmə şikayəti təmin etmədi. Qərarı əldə edəndən sonra Avropa İnsan Hüququları Məhkəməsinə göndərəcəyik”, - vəkil söyləyir.
İqtisadçının həyat yoldaşı da məhkəmənin qərarıyla razılaşmır. O bildirir ki, Mehralızadənin Abzas Media ilə heç bir əlaqəsi olmayıb, bu səbəbdən də onun özünün həbsi və əmlaka qoyulmuş həbs absurddur.
“Qərarı ədalətsiz sayırıq. Bəlli olur ki, Fərid küçədən oğurlanandan avqust ayına kimi maşının üzərində həbs olmayıb. Deməli hələ maşını neçə ay da qanunsuz saxlayıblar”, - N.Muxtarova deyir.
Fərid Mehralızadə bu il mayın 30-da “Abzas Media işi”nə görə saxlanılıb. O əvvəlcə qaçaqmalçılıqda ittiham olunsa da, daha sonra ittihamlar ağırlaşdırılıb.
“Abzas Media işi”nə görə daha 6 nəfər həbs olunub. Nəşrin əməkdaşarı qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq da daxil olmaqla Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunurlar. Onların heç biri ittihamları qəbul etmir. Həbslərini hakim ailə və digər yüksək rütbəli məmurların biznesini, korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.
Azərbaycan rəsmiləri isə bir qayda olaraq ölkədə söz azadlığının təmin olunduğunu, heç kimin peşə faəliyyətinə görə təzyiqə məruz qalmadığını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Keçmiş icra başçısının oğlu 1 milyon manatlıq vergi borcuna görə ölkədən qaçdı, 2 milyonluq zərərə düşdü
hüquq.az
254 milyon manatlıq qanunsuz köçürmələr, milyard manatlıq əmlaklar, ölkəyə gətirilən odlu silahlar, qızıl külçələr – İttiham
açıq mənbədən götürülüb
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?