Məhkəmə

Məhkəmə 326 milyon manatlıq məhsulun ölkədən necə çıxarıldığını araşdıracaq

31 Oktyabr, 2024
60

açıq mənbədən götürülüb

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq işi üzrə məhkəmə prosesi başlayıb. Müttəhimlər kürsüsündə Zöhrab Hidayətov, Elvin Şirinov və Qacqın Hümbətov əyləşib. Hər üçü Cinayət Məcəlləsinin 192.3.2 (Külli miqdarda gəlir əldə etməklə idman yarışlarının manipulyasiyası) və 206.3.2-ci (Qrup şəklində qaçaqmalçılıq) maddələri ilə ittiham olunur. 

Hakim Fəhmin Hümbətovun icraatında olan iş üzrə oktyabrın 31-də  hazırlıq iclası keçirilib. Hakim təqsirləndirilən şəxslərə hüquqlarını izah edib. Vəkillərin müvəkkillərinin ev dustaqlığına buraxılmaları üçün verdikləri vəsatətlərsə təmin olunmayıb.

Bu iş üzrə ibtidai istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində aparılıb. İstintaqın gəldiyi nəticəyə görə, Zöhrab Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulları ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından ixracını təşkil edib. 

İxrac üçün nəzərdə tutulan bu məhsulların istehsalçılarının həmin şəxslər olduğuna dair gömrük orqanlarına saxta sənədlər təqdim edildiyi bildirilir. Bu yolla 326 milyon manatlıq məhsulu düzgün bəyan etməyərək xaricə çıxarmaqla qaçaqmalçılıq edib. 

İstintaqın gəldiyi nəticəyə görə, məqsəd nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması olub.

Noyabrın 7-nə məhkəmə baxışı təyin olunub.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Keçmiş icra başçısının oğlu 1 milyon manatlıq vergi borcuna görə ölkədən qaçdı, 2 milyonluq zərərə düşdü 

20 Noyabr 2024

hüquq.az

Bakı Ağır Cinayətlər Məhkəməsində bir dələduzluq işi üzrə məhkəmə prosesi keçirilir. Müttəhimlər kürsüsündə həkim-cərrah, “Uniklinika” klinikasının baş həkimi Aruz Əliyevlə iş adamı Ehtiram Kərimov əyləşib. Onlar Zərdab rayonunun keçmiş icra başçısı Lütvəli Babayevin oğlu Babəli Babazadənin 2 milyon manat dəyərində olan əmlakını satıb pulu mənimsəməkdə ittiham olunurlar. İş hakim Mahirə Kərimovanın icraatındadır.  İstintaq materiallarında göstərilir ki, bir müddət əvvəl Babaəli Babazadənin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. O da yaxın dostu Aruz Əliyevin məsləhətiylə Türkiyəyə qaçıb. Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruz Əliyevə baş etibarnamə verib. İstintaq materiallarına görə Babazadə bir müddət sonra...
Məhkəmə

254 milyon manatlıq qanunsuz köçürmələr, milyard manatlıq  əmlaklar, ölkəyə gətirilən odlu silahlar, qızıl külçələr – İttiham 

20 Noyabr 2024

açıq mənbədən götürülüb

Bu ittihamlar hazırda məhkəmə qarşısına çıxarılmış qrupa qarşı irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində başlayan məhkəmə prosesində təqsirləndirilən qrup üzvləri Dubayda və Bakıda ofis açaraq qanunsuz pul köçürmələri ilə məşğul olmaqda, eləcə də ölkəyə qanunsuz yolla odlu silahlar alıb gətirməkdə ittiham olunurlar.  Məhkəmə qarşısına çıxarılan Bahadır və İkram Quliyev qardaşları, onların yaxın qohumu Fərhad Quliyev, Vəli Əliyev, Cavid Əzizov və Anar Əhmədov qanunsuz sahibkarlıq, qanunsuz silah əldə edib saxlama, qanunsuz yolla əldə edilmiş əmlakı leqallaşdırma, qaçaqmalçılıq cinayətlərində təqsirli bilinirlər.  Onlar Daxili İşlər Nazirliyinin  Kibercinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı həbs olunublar.  Bu iş üzrə hazırlıq iclası keçirilib.  İstintaqın qənaətinə görə,...

Seçilmiş Videolar

Toplum TV loqo