NİDA Vətəndaş Hərəkatının fəalı Mete Türksoy xırda xuliqanlıq və polisə tabe olmamaqda ittiham olunaraq inzibati qaydada 30 sutka həbs edilib.
Bu haqda Turan xəbər yayıb.
Mete Türksoyun oktyabrın 30-da saat 19.00-a yaxın "Nizami" metrostansiyasının yaxınlığında saxlanılıb. NİDA Vətəndaş Hərəkatından bildirilir ki, fəalın saxlanılmasına səbəb "Nizami" metrosunun girişində polis əməkdaşları ilə mübahisə etməsidir. O, çantasını skaner lentinin üzərinə qoysa da, polis bunu təkrarlamasını tələb edib, bu da əsəbiləşməsinə səbəb olub. Bundan sonra siyasi fəal saxlanılıb, qurumdan belə söyləyirlər.
"Biz hesab edirik ki, Mete Türksoyun siyasi səbəblərdən başlamayan həbsi sonradan siyasi çalar alıb. Çünki adi bir hadisəyə görə bir gün polisdə saxlayıblar və sonra göstərilən qanun pozuntularına görə mümkün olan maksimum cəzanı təyin ediblər. Həbsin əsl səbəbi Metenin ictimai və siyasi fəaliyyətidir, sosial şəbəkələrdə tənqidi yazılardır", - Hərəkatdan deyirlər.
Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.
Mete Türksoy fəal vətəndaş mövqeyilə tanınır. Əvvəllər siyasi məhbusların müdafiəsilə bağlı etiraz aksiyalarına görə saxlanılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Keçmiş icra başçısının oğlu 1 milyon manatlıq vergi borcuna görə ölkədən qaçdı, 2 milyonluq zərərə düşdü
hüquq.az
254 milyon manatlıq qanunsuz köçürmələr, milyard manatlıq əmlaklar, ölkəyə gətirilən odlu silahlar, qızıl külçələr – İttiham
açıq mənbədən götürülüb
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?