Məhkəmə

Vəkil: “Zaur Baxşəliyev reytinqə görə istintaq sirlərini yayır” 

15 Noyabr, 2024
66

açıq mənbədən götürülüb

Noyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində bir qətl hadisəsinə görə məhkəmə başlayıb. Bu iş hakim Telman Hüseynovun icraatındadır. Müttəhimlər kürsüsündə Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilən 18 yaşlı Məzahir Bayramov əyləşib. İttiham aktında qeyd olunub ki, o, bu il martın 6-da gecə saatlarında qonşusu 24 yaşlı İlham Haqverdiyevi öldürüb. 

Məhkəmədə diqqəti çəkən məqam təqsirləndirilən şəxsin vəkili Şəfayət Həsənovun vəsatəti olub. O, məhkəməyə həm yazılı, həm də şifahi bildirib ki, bu ölüm işi üzrə tərəflər ATV kanalında yayımlanan “Bizimləsən” verilişinə çıxırlar. Vəkilin sözlərinə görə, verilişin aparıcısı isə insan taleləri üzərindən reytinq toplamaq məqsədilə hətta istintaqın şahid kimi tanıdığı şəxslərə təsir göstərir, mərhumun hüquqi varisi olan anası Xaliqə Əliyeva ilə sanki istintaq aparır: “Zaur Baxşəliyev orda məhkəmə qurub, istintaq aparır, məhkəmə isə bununla bağlı heç bir tədbir görmür. Artıq bu xanımı 3-4 dəfə verilişə çıxarıb. Xahiş edirik, bir tədbir görəsiniz, TV-yə xəbərdarlıq edəsiniz”. 

 

Mərhumun anası Xaliqə Əliyeva vəsatətə etiraz edib. Məhkəmənin nəzərinə çatdırıb ki, oğlunun qətlində tək Məzahir Bayramov iştirak etməyib və  istintaq bunu ört-basdır edib. Ana bildirib ki, Qaradağ rayon prokurorluğunun müstəntiqi işi obyektiv, düzgün aparsaydı, onun hansısa verilişə çıxmasına ehtiyac qalmazdı: “Nə qədər ki, oğlumun ölüm işi düzgün aparılmayacaq, mən bir ana kimi verilişlərə də çıxacam, sözümü də deyəcəm. Heç kəs mənə bunu qadağan edə bilməz”. 

Dövlət ittihamçısı Valeh Ələkbərovsa vəsatətin hüquqi cəhətdən düzgün qoyulmadığını qeyd etsə də, o da məhkəmənin araşdırdığı bir cinayət işinə görə hansısa verilişdə “məhkəmə” qurulmasını doğru hesab etməyib. 

Hakim vəsatəti təmin edib. Mərhumun varisi Xaliqə Əliyevaya bir daha bu ölüm işi haqqında televiziyalarda danışmaması ilə bağlı xəbərdarlıq edib. Hakim daha sonra mərhumun anasına ifadə verməyi təklif edib. 

X.Əliyeva ifadəsində deyib ki, oğlunu Məzahir Bayramov öldürsə də, digər üç nəfərdən ikisi oğlunun qollarını və boynunu tutub, başqa biri isə telefonla çəkib. Onun tələbi oğlunun qollarını tutmaqla köməksiz vəziyyətə salmış digər gənclərin də məsuliyyətə cəlb olunmasıdır: “O boyda qətl hadisəsi bar verdi, mən dəfələrlə Qaradağ rayon Prokurorluğunun müstəntiqindən tələb etdim ki, ərazidəki kameraların yaddaşına baxış keçirilsin, etmədi. Niyə? Axı o boyda adam öldürülmüşdü, kameralara niyə baxılmadı”? 

Təqsirləndirilən şəxs isə məhkəməyə bildirib ki, hadisədən əvvəl İlham Haqverdiyev onu beşbarmaqla vurub, üzünə siqaret üfürüb. 

Növbəti məhkəmə iclası dekabrın 6-na təyin olunub.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Keçmiş icra başçısının oğlu 1 milyon manatlıq vergi borcuna görə ölkədən qaçdı, 2 milyonluq zərərə düşdü 

20 Noyabr 2024

hüquq.az

Bakı Ağır Cinayətlər Məhkəməsində bir dələduzluq işi üzrə məhkəmə prosesi keçirilir. Müttəhimlər kürsüsündə həkim-cərrah, “Uniklinika” klinikasının baş həkimi Aruz Əliyevlə iş adamı Ehtiram Kərimov əyləşib. Onlar Zərdab rayonunun keçmiş icra başçısı Lütvəli Babayevin oğlu Babəli Babazadənin 2 milyon manat dəyərində olan əmlakını satıb pulu mənimsəməkdə ittiham olunurlar. İş hakim Mahirə Kərimovanın icraatındadır.  İstintaq materiallarında göstərilir ki, bir müddət əvvəl Babaəli Babazadənin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. O da yaxın dostu Aruz Əliyevin məsləhətiylə Türkiyəyə qaçıb. Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruz Əliyevə baş etibarnamə verib. İstintaq materiallarına görə Babazadə bir müddət sonra...
Məhkəmə

254 milyon manatlıq qanunsuz köçürmələr, milyard manatlıq  əmlaklar, ölkəyə gətirilən odlu silahlar, qızıl külçələr – İttiham 

20 Noyabr 2024

açıq mənbədən götürülüb

Bu ittihamlar hazırda məhkəmə qarşısına çıxarılmış qrupa qarşı irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində başlayan məhkəmə prosesində təqsirləndirilən qrup üzvləri Dubayda və Bakıda ofis açaraq qanunsuz pul köçürmələri ilə məşğul olmaqda, eləcə də ölkəyə qanunsuz yolla odlu silahlar alıb gətirməkdə ittiham olunurlar.  Məhkəmə qarşısına çıxarılan Bahadır və İkram Quliyev qardaşları, onların yaxın qohumu Fərhad Quliyev, Vəli Əliyev, Cavid Əzizov və Anar Əhmədov qanunsuz sahibkarlıq, qanunsuz silah əldə edib saxlama, qanunsuz yolla əldə edilmiş əmlakı leqallaşdırma, qaçaqmalçılıq cinayətlərində təqsirli bilinirlər.  Onlar Daxili İşlər Nazirliyinin  Kibercinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı həbs olunublar.  Bu iş üzrə hazırlıq iclası keçirilib.  İstintaqın qənaətinə görə,...

Seçilmiş Videolar

Toplum TV loqo