Məhkəmə

İcra başçısı olmaq üçün yarım milyon manat verdi, aldadıldı 

14 Noyabr, 2024
44

hüquq.az

Noyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Qoşqar Məmmədovun məhkəməsinin hazırlıq iclası keçirilib. 

Hazırlıq iclası başlayan kimi təqsirləndirilən şəxslər və vəkilləri, eləcə də zərərçəkmiş şəxsin nümayəndəsi ittiham aktı ilə tanış olmadıqlarını bildiriblər. Hakim heyəti müşavirə keçirərək proses iştirakçılarının ittiham aktı ilə tanış olması üçün vaxt verilməsinə dair qərar qəbul edib. Beləliklə, hazırlıq iclası yarımçıq dayadırılıb və noyabrın 26-da davam edəcək. 

İttiham aktına görə, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq iş adamı Qurban Piriyevə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilirlər. Onlara Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib. 

Rütbəcə polkovnik olan Rasim İldırımdzadə Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavinidir. Uzun illər Bakının Suraxanı, Xətai rayonlarının prokuroru olmuş Yusif İldırımzadənin qardaşıdır. Digər qardaşı isə bir neçə il əvvəl ləğv olunmuş  “Əmrah Bank”ın təsisçisi Yunus İldırımzadədir.  

Zaur Mirzəzadə Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin, həmçinin  “bakutime.az” və “xalq.az” saytlarının rəhbəri olub. İki il əvvəl elə dələduzluq ittihamı ilə məhkum edilsə də, sonradan ona bəraət verilib. 

Qoşqar Məmmədovsa uzun illər Balakən rayonu dairə seçki komissiyasının katibi olub. 

Bir neçə il əvvəl Rasim İldırımzadə istintaqdan yayındığı üçün axtarışa verilib və həbs edilib. İstintaq dövründə vəkillərin vəsatəti əsasında həm onun, həm də digər iki nəfərin barəsində  “başqa yerə getməmək” haqda qətimkan tədbiri seçilib. 

Əvvəllər müxtəlif vəzifələrdə işləmiş, son vaxtlar iş adamı kimi fəaliyyət göstərən Qurban Piriyev istintaq orqanlarına ərizəsində göstərib ki, Balakən rayon sakini olan Hürü Əmiraslanovanın vasitəsiylə tanış olduğu bu şəxslər onu aldadaraq külli miqdarda pulunu mənimsəyib. Əslində Hürü Əmiraslanova da məsuliyyətə cəlb olunubmuş, ancaq istintaq dövründə vəfat edib. 

Qurban Piriyev istintaq orqanlarına müraciətində bildirib ki, təqsirləndirilən şəxslər onu Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Onun sözlərinə görə, cinayətin əsas təşkilatçısı olan Rasim İldırımzadə qrupun digər üzvü Qoşqar Məmmədovun Prezident Administrasiyasında yüksək vəzifədə çalışdığınna və onun məsələsini həll edəcəyini inandırıb. O, Zaur Mirzəzadəni isə Nihat adı ilə vəzifəli şəxs kimi təqdim edib.  

Qurban Piriyev icra başçısı keçmək üçün qrup üzvlərinə bir neçə dəfəyə 510 min manat pul və 34 min manatlıq qızıl-zinət əşyaları verdiyini deyir. Sonradan aldanıldığını bilən zərərçəkmiş polisə şikayət edib. İlkin istintaq dövründə ona dəymiş 544 min manat ziyanın 85 min manatı Rasim İldırımzadə, 20 min manatı isə Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən geri qaytarılıb. 

Təqsirləndirilən şəxslər heç biri özünü təqsirli bilmir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Keçmiş icra başçısının oğlu 1 milyon manatlıq vergi borcuna görə ölkədən qaçdı, 2 milyonluq zərərə düşdü 

20 Noyabr 2024

hüquq.az

Bakı Ağır Cinayətlər Məhkəməsində bir dələduzluq işi üzrə məhkəmə prosesi keçirilir. Müttəhimlər kürsüsündə həkim-cərrah, “Uniklinika” klinikasının baş həkimi Aruz Əliyevlə iş adamı Ehtiram Kərimov əyləşib. Onlar Zərdab rayonunun keçmiş icra başçısı Lütvəli Babayevin oğlu Babəli Babazadənin 2 milyon manat dəyərində olan əmlakını satıb pulu mənimsəməkdə ittiham olunurlar. İş hakim Mahirə Kərimovanın icraatındadır.  İstintaq materiallarında göstərilir ki, bir müddət əvvəl Babaəli Babazadənin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. O da yaxın dostu Aruz Əliyevin məsləhətiylə Türkiyəyə qaçıb. Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruz Əliyevə baş etibarnamə verib. İstintaq materiallarına görə Babazadə bir müddət sonra...
Məhkəmə

254 milyon manatlıq qanunsuz köçürmələr, milyard manatlıq  əmlaklar, ölkəyə gətirilən odlu silahlar, qızıl külçələr – İttiham 

20 Noyabr 2024

açıq mənbədən götürülüb

Bu ittihamlar hazırda məhkəmə qarşısına çıxarılmış qrupa qarşı irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində başlayan məhkəmə prosesində təqsirləndirilən qrup üzvləri Dubayda və Bakıda ofis açaraq qanunsuz pul köçürmələri ilə məşğul olmaqda, eləcə də ölkəyə qanunsuz yolla odlu silahlar alıb gətirməkdə ittiham olunurlar.  Məhkəmə qarşısına çıxarılan Bahadır və İkram Quliyev qardaşları, onların yaxın qohumu Fərhad Quliyev, Vəli Əliyev, Cavid Əzizov və Anar Əhmədov qanunsuz sahibkarlıq, qanunsuz silah əldə edib saxlama, qanunsuz yolla əldə edilmiş əmlakı leqallaşdırma, qaçaqmalçılıq cinayətlərində təqsirli bilinirlər.  Onlar Daxili İşlər Nazirliyinin  Kibercinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı həbs olunublar.  Bu iş üzrə hazırlıq iclası keçirilib.  İstintaqın qənaətinə görə,...

Seçilmiş Videolar

Toplum TV loqo