zerkolo.io
Tədqiqatçı İqbal Əbilov ev dustaqlığına buraxılmayıb. Qərar noyabrın 4-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə verilib.
Bu barədə ToplumTV-yə tədqiqatçının vəkili Rövşanə Rəhimli deyib.
"İttiham tərəi həmişəki kimi ehtimallara əsaslandı. Onlar elə hesab edir ki, istintaq dövründə İqbal Əbilov azadlıqda olarsa, istintaqa necəsə təsir edə bilər. Bu səbəbdən Səbail Rayon Məhkəməsi müdafiə tərəfinin vəsatətini təmin etmədi", vəkil bildirib.
İqbal Əbilov iyulun 22-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur. Özü ittihamları qəbul etmir.
İqbal Əbilov "Talış Milli Akademiyası"nın həmtəsisçisi, "Talış Milli Akademiyası Xəbərləri"nin baş redaktorudur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Keçmiş icra başçısının oğlu 1 milyon manatlıq vergi borcuna görə ölkədən qaçdı, 2 milyonluq zərərə düşdü
hüquq.az
254 milyon manatlıq qanunsuz köçürmələr, milyard manatlıq əmlaklar, ölkəyə gətirilən odlu silahlar, qızıl külçələr – İttiham
açıq mənbədən götürülüb
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?