Meydan TV
Aprelin 10-da “Kanal-11" internet televiziyasının rəhbəri Teymur Kərimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bakı Apellyasioya Məhkəməsində keçirilən proesdə birinci instansiya məhkəməsinin protokollarına baxışdan sonra məhkəmə qərar qəbul edib.
Qərara əsasən, iş yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə geri göndərilib.
Teymur Kərimov ötən il dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin onun 2 il jurnalistika fəaliyyəti ilə məşğul olması qadağan edilib.
O, Cinayət Məcəlləsinin hədə-qorxu yolu ilə tələb etmə maddəsi ilə ittiham elan edilib.
Özü ittihamları qəbul etməyib, həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
VOA
AİHM